Ronaldu “Mançester Yunayted”ə qayıdır
İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldu yayda komandanı tərk edə bilər.
Rakus.az xəbər verir ki, 35 yaşlı hücumçunu əldə etməyə Fransa PSJ-si iddialıdır. Paris təmsilçisi maliyyə problemləri yaşayan Turin klubunun portuqaliyalı forvardına sərfəli müqavilə təklif etmək niyyətindədir.
Ronaldunun İngiltərə “Mançester Yunayted”inə qayıdış variantı da var. O, “qırmızı şeytanlar”ın şərəfini 2003 – 2009-cu illərdə qoruyub.
Daha öncə “Yuventus”un, üzləşdiyi maliyyə böhranının nəticələrini aradan qaldırmaq üçün hücumçusunu 70 milyon avroya satmasının mümkünlüyünə dair xəbər yayılıb.
Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldu “ağ-qaralar”ın heyətində 32 oyuna 25 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun hazırkı müqaviləsi 2022-ci ilin iyununadək qüvvədədir.