Portuqaliyanın “Benfika” futbol klubunun 22 yaşlı müdafiəçisi Ruben Diaş Kriştianu Ronaldunun başlatdığı “çellenc”ə qoşularaq, fiziki cəhətdən daha güclü olduğunu sübuta yetirib.
Rakus.az xəbər verir ki, “Yuventus”un hücumçusu 45 saniyəyə 142 dəfə “pres” edərək, uğurunu təkrarlamaq istəyənləri “çellenc”ə qoşulmağa dəvət etmişdi.
Həmyerlisi Ruben Diaş 45 saniyəyə 150 “pres” hərəkəti yerinə yetirərək, K.Ronaldunun “rekordu”nu yeniləyib.