Rakus.az xəbər verir ki, Rusiya tərəfi Krımın ilhaqı ilə “Ukrnafta” şikətini investiyalardan məhrum etməkdə günahlandırılır.
Bu barədə məlumatı “Ukrnafta” şirkətinin mətbuat xidməti yayıb.
Bundan əlavə Rusiyadan 155 min İsveçrə frankı məbləğində məhkəmə xərclərini ödəmək tələb edilib.
Beləliklə də, İsveçrənin Ali Məhkəməsi Rusiyanın müraciətini ikinci dəfə rədd edib.
Rusiya rəsmiləri hələlik bu xəbərlərlə bağlı heç bir şərh verməyiblər.Ötən apreldə Beynəlxalq Arbitraj Məhkəməsi ilhaq edilmiş Krımda “Ukrnafta” şirkətinin mülkiyyətini milliləşdirdiyinə görə Rusiyadan Ukrayna şirkətinə 50 milyon dollardan çox cərimənin ödənməsini tələb edib.
2019-cu ilin mayında Rusiya tərəfi bu qərardan şikayəti İsveçrə Ali Məhkəməsinə təqdim etmidi.
“Ukrnafta” Ukraynanın ən böyük neft şirkətidir.
Şirkətin 2015-ci ildə qaldırdığı məhkəmə iddiasında deyilirdi ki, Rusiya Krımın ilhaqı ilə “Ukrnafta”nın yarımadadakı 16 yanacaqdoldurma məntəqəsi üzərində mülkiyyət hüququnu pozub.
Rəsmi Kiyev bu iddiada Ukrayna Nazirlər Kabineti və Rusiya hökuməti arasında investisiyaların qarşılıqlı qorunmasına dair 1998-ci il tarixli sazişinə əsaslanıb.