Rusiya nümayəndələri Bəşər Əsədlə görüşdülər
Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın hakim partiyasının nümayəndə heyəti və deputat Dmitri Sablinlə ikitərəfli görüşlər keçirib.
Rakus.az xəbər verir ki, Rusiya parlamentinin aşağı palatasından olan millət vəkili görüşün məqsədinin “vəziyyəti müzakirə etmək və Suriya xalqına terrorla mübarizədə dəstək vermək” olduğunu deyib.
Suriya hökumət qüvvələri Rusiya tərəfindən dəstəklənən böyük bir hücumda müxalifətin son böyük istinadgahı olan strateji şəhərin üsyançılardan geri almağa hazırlaşır.
Xan Şeyx şəhərinin ələ keçirilməsi şimal-qərb bölgəsində Əsəd üçün böyük üstünlük olardı. Onun Suriyanın “hər qarışını” bərpa etmək strategiyası bu ərazidə türk qüvvələrinin mövcudluğu da daxil olmaqla, bir sıra çətinliklərlə qarşılaşır .
Səkkiz illik qarşıdurmadan sonra Əsəd Rusiya və İranın köməyi ilə Suriyanın əksər hissəsində üsyançıları məğlub edib.
Suriya hökumət qüvvələri aprelin sonlarından başlayaraq şimal-qərb bölgəsində hərbi əməliyyatları artırıb.
Hücum nəticəsində yüzlərlə insan ölüb, yüz minlərlə insan Türkiyə sərhədinə qaçmağa məcbur olub.