Rüstəm Orucov Budapeştdə çempion oldu- YENİLƏNDİ
Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində turnirində öz çəkisində əbəs yerə lider olmadığını sübut edib.
Rakus.az xəbər verir ki, o, finalda İsveçrəli Nils Ştumpa qalib gəlib. Rüstəm Orucov qələbəsini tatamidə hərbi salam verməklə qeyd edib.
Bununla da bu yarışda idmançılarımızın medallarının sayı ikiyə çatıb. Bir gün əvvəl Orxan Səfərov bürünc medal qazanmışdı.
19:34
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın Olimpiya mükafatçısı Rüstəm Orucov (-73 kq) finala çıxıb.
O, müvafiq olaraq Anxzaya Lavcarqala (Monqolustan), Mrak Xristova (Bolqarıstan), Musa Moquşkova (Rusiya) qalib gələrək yarımfinalda Tomi Masiasdan (İsveç) üstün olub. Nəticədə Avropa çempionumuz finalda Nils Ştumpla (İsveçrə) qarşılaşmaq hüququ əldə edib.
Həmin çəkidə digər idmançımız Telman Vəliyev, 81 kq-da yarışan Murad Fətiyev və Hidayət Heydərov ilk görüşlərində uduzaraq mükafatsız qalıb.
Olimpiya lisenziya xalı qazandıran turnirdə dünən Orxan Səfərov (-66 kq) bürünc medal qazanıb. Yarışa sabah yekun vurulacaq.