Sabah Futbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək
Zəfər Günü (8 Noyabr) münasibətilə sabah, oktyabrın 14-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirində 1-ci turun oyunları keçiriləcək.
Rakus.az xəbər verir ki, açılış mərasimindən sonra A və B qrupu üzrə 2 qarşılaşma olacaq. Sahəyə ilk olaraq “Ardanış” və “Zəngəzur” komandaları çıxacaq. Bu oyunun ardından isə “İrəvan” “Loru-Borçalı” təmsilçiləri ilə yaşıl meydanda üz-üzə gələcək.
Komandaların heyətləri belədir:
“Ardanış” – Aqil Qurbanov, Şükür Məmmədalıyev, İsa İsayev, Araz Qurbanov, Kamran Əhmədli, Emin Ələsgərov, Zaur Hüseynov, Emin İmaməliyev, Bayram Süleymanov, İsrafil İsmayılov, Hüseyn Qarayev, Abdul Nağıyev.
“Zəngəzur” – Cavidan Şükürov, Fərid Ramazanov, Lətif Qədimov, Tural Məmmədli, Xəqani Əlirzayev, Fərid Səttarzadə, Sərxan Mustafayev, Famil Məmmədov, Azər Manaflı, Sadiq Nağıyev, Əkbər Kazımov, Anar Əhmədov.
“İrəvan” – Emin Zeynalov, İsmayıl Babayev, Ümman Ağamalıyev, Ceyhun Bayramov, Ceyhun Şirinli, Turqay Babayev, Rafail Abbasov, İlkin Ələsgərov, Elyar Həsənov, Ülvi Əliyev, Rauf Əmiraslanov, Valeh Mehrəliyev.
“Loru-Borçalı” – Hidayət Xuduyev, Şah Xasıyev, Pərvin Musayev, Elşən Nəsibov, Səhman Xasıyev, Elçin Nəsibov, Anar Verdiyev, Elçin İsmayılov, Nəcəf Nəcəfzadə, Rasim Dəmirçəlli, Elvin İsmayılov, Orxan Qhramanov.
Qarşılaşmalar saat 19:00-da Bakı Tennis Akademiyasında ardıcıllıqla baş tutacaq.
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv), “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.
“Sultan keramik” və “Bee Tours” və “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.