Sabah Futbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sabah, sentyabrın 14-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi və 1-ci turun oyunları keçiriləcək.
Rakus.az xəbər verir ki, saat 18:30-da başlayacaq açılış mərasimindən sonra A və B qrupu üzrə 2 qarşılaşma olacaq. Sahəyə ilk olaraq “Report” və “Veteranlar” komandaları çıxacaq. Bu oyunun ardından isə “Cənclər-2020” “Qoşabulaq” təmsilçiləri ilə yaşıl meydanda üz-üzə gələcək.
Komandaların heyətləri belədir:
“Report” – Murad Əliyev, Təbriz Quliyev, Azər Nuriyev, Kənan Həsənov, Məhəmməd Ağayev, Səbuhi Həsənov, Ehtiram Cəbiyev, Səlcuq Elçin, Tuncay Türbəndəzadə, Hidayət Qurbanov, Elvin Camalov, Cavid Osmanov, Mirmahmud Kazımoğlu.
“Veteranlar” – Natiq Vəliyev, Aqil Qurbanov, Şükür Məmmədalıyev, Ramiz Vəlizadə, Araz Qurbanov, Raul Məmmədli, İmaməddin Zeynalov, Bayram Süleymanov, İsrafil İsmayılov, Heydər Xudiyev, Emin Qasımov, Murad Vəliyev, Zaur Hüseynov.
“Gənclər 2020” – Bayram Əliyev, Elnur Ağamalıyev, Rauf Məhəmmədov, İlkin Kərimli, Ümman Ağamalıyev, Bürhan Hətəmli, Fariz Ağamalıyev, Emil Qurbanzadə, Tural Nağıyev, Ruslan
Hətəmli, Ruslan Əliyev, Elvin Mustafayev.
“Qoşabulaq” – Əfqan Əliyev, Hidayət Xudiyev, Şirazi İbrahimov, Cəlal Məmmədov, Xəyyam Əlilli, Xəlil Əlilli, Bəxtiyar Əliyev, Elməddin Əhmədov, Xıdır Yusibov, Xaliq Musayev, Məcnun Məmmədov, Elgün Yusibov.
Qarşılaşmalar saat 19:00-da Bakı Tennis Akademiyasında ardıcıllıqla baş tutacaq.
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Bu il turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir.
“Mister Tum”, “Sultan keramik” və “Bee Tours” şirkətlərinin tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, AZƏRTAC, “Report” İnformasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytaları verir. Bu il turnirdə 10-12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var.
Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olacaq, sentyabrın 14-də başlayıb oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.
Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.
OYUNLARIN TƏQVİMİ
14 sentyabr
I tur
A qrupu
19:00 “Report” – “Veteranlar”
B qrupu
20:00 “Cənclər-2020” – “Qoşabulaq”
15 sentyabr
C qrupu
19:00 AZƏRTAC – “Ardanış”
D qrupu
20:00 “Göyçə” – “Nərimanlı”
21 sentyabr
II tur
A qrupu
19:00 “Turan” – “Report”
B qrupu
20:00 BakuWS- “Qoşabulaq”
22 sentyabr
C qrupu
19:00 “Ardanış” – “Zəfər 44″
D qrupu
20:00 AzTV- “Nərimanlı”
28 sentyabr
III tur
A qrupu
19:00 “Veteranlar” – “Turan”
B qrupu
20:00 Baku WS – “Gənclər 2020”
29 sentyabr
C qrupu
19:00 AZƏRTAC – “Zəfər 44”
D qrupu
20:00 “Göyçə” – AzTV
5 oktyabr
4/1
A1-B2 – 19:00
A2-B1 – 20:00
6 oktyabr
C1-D2 – 19:00
C2-D1 – 20:00“
12 oktyabr
YARIMFİNAL
A1-C2 – 19:00
D2-B1 – 20:00
13 oktyabr
19:00 – 3-cü yer
20:00 – FİNAL-Bağlanış-Mükafatlandırma