İdman 30.09.2019 13:37

“Sabah” İqor Ponomaryovu menecer kimi sifariş edib

“Sabah” klubu əsas komandanın müvəqqəti baş məşqçisi İqor Ponomaryovu Peşəkar Futbol Liqasına (PFL) menecer qismində sifariş edib.

Rakus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 59 yaşlı mütəxəssisin məşqçi lisenziyasının müddəti başa çatdığı üçün bu cür addım atılıb. Ona görə də Ponomaryov Premyer Liqanın VI turunda “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri debüt matçında texniki zonada klub rəsmisi kimi əyləşib. Mətbuat konfransında isə jurnalistlər önünə məşqçi Rövşən Babayev çıxıb.

PFL-in Yarışların Təşkili Departamentinin rəhbəri Elgiz Abbasov “Report”a açıqlamasında Ponomaryovun oyunsonrası mətbuat konfransına qatılmamasına bu cür aydınlıq gətirib: “Onun məşqçi lisenziyasının vaxtı bitib və onu yeniləməyib. Qaydalarda belədir ki, 3 il müddətində müraciət olunduqda, 15 saatlıq seminara qatılaraq lisenziyanı yeniləyirsən. Bu müddət 3 ildən çoxdursa, sıfırdan lisenziya almaq üçün seminarda iştirak edib, imtahan verməlisən. Bəzi hallarda güzəştlər ola bilər. Məsələn, məşqçi lisenziyası müddətinin başa çatmasından 3 ildən çox vaxt keçməmiş federasiyaya müraciət edir, amma həmin müddət ərzində seminar təşkil olunmur. Mütəxəssis lisenziyasının müddətinin uzadılması üçün müraciət etməsinə dair sənəd təqdim edəndə ona güzəşt edilə, məşqçi kimi qeydiyyata alına bilər. Ponomaryov isə klubun rəsmi şəxsi kimi qeydiyyatdan keçib. Ona görə də onun oyunsonrası mətbuat konfransına qatılmasına icazə verilmir. Konfransa baş məşqçi və ya köməkçi-məşqçilərdən biri gələ bilər”.

Qeyd edək ki, Elşad Əhmədovu istefasından sonra “Sabah”ın boş qalan baş məşqçi postuna kimin təyin ediləsəyinə namizədlərlə görüşdən sonra aydınlıq gələcək. Hazırda bu vəzifəyə ukraynalı Yuri Vernidub və gürcüstanlı Georgi Tsetsadze namizəd göstərilir. Onlarla görüş bu gün olacaq. (report.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO