İdman 27.09.2025 10:07

Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sabah sentyabrın 27-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi və 1-ci turun oyunları keçiriləcək.

Rakus.az xəbər verir ki, saat 18:40-da başlayacaq açılış mərasimindən sonra A və D qrupu üzrə 2 qarşılaşma olacaq. Sahəyə ilk olaraq “Real TV” və “Baku WS” komandaları çıxacaq. Bu oyunun ardından isə  “AzTV”  ilə “AZƏRTAC” təmsilçiləri yaşıl meydanda üz-üzə gələcək.

Komandaların heyətləri belədir:

Real TV – Bəkir Osmanov, Əhməd Mahmudov, Ağalar Ağalarov, Elçin Yusifov, Bəxtiyar Abbasov, Eldəniz Əhmədov, Gəray Qiyasov, Vüsal Şərifov, İsa Məmmədov, Elşən Nurullayev, Peyman Ağazadə, Vüsal Süleymanov.

Baku.WS” – Azad Əliyev, Şahin Həbibov, Rasim Aşurov, Elnar Almazov, Elçin Qasımov, Orxan Guseinov, İlqar Əliyev, Balabəy Orucov, Kənan Məmmədov, Vüqar Məmmədov, Emin Abdullayev, Elmar Əsədov, Emil Qənbərov.

“AzTV” – Cavidan Şükürov, Əbilfəz Şamiyev, Tural Abdullayev, Fuad Eldarov, Lətif Qədimov, Sadiq Nağıyev, İbrahim Məmmədov, Dövlət Rzazadə, Həsən Babazadə, Bəhram Cəbrayılov, Mahir Qafarov, Elnur Məmmədov, Elvin Qulusoy, Sərxan Mustafayev.

“AZƏRTAC” –  Fuad İsmayılov, Roman İsmayılov, İlkin Cavanşirov, Rəşad Xudiyev, Hikmət Əhmədov, Vüsal Tağıyev, Balamir Əzimov, Elnur Salahov, Ziya Ağayev, Elmir Səftərov, Fərid Səlimov, Aydın İsmayılov, Samir Hacıyev, Vüsal Nəbiyev.

Saat 19:00-da və saat 20:00-da Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcək.

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi, “Bee Tours”, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz MustafayevKazımağa KərimovOsman MirzəyevAlı MustafayevFəxrəddin ŞahbazovArif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adı altında mübarizə aparıb. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib.

2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Yəni medianı 4 komanda təmsil edib.

Bu il – 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” adı altında mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 27-də başlayıb noyabrın 1-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Veteranlar” komandasında çıxış edir. Oyunların şənbə və bazar günləri (açılış günü şənbə saat 19:00 və 20:00-dan başqa) saat 22:00/23:00-da keçirilir. Komandalar özlərinin idman geyimləri ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 1-də şənbə günü saat 19:00/20:00-da baş tutacaq.

 OYUNLARIN TƏQVİMİ

27 sentyabr – AÇILIŞ

A qrupu 19:00 – Real TV – Baku WS

D qrupu 20:00 – AzTV – AZƏRTAC

28 sentyabr

C qrupu 22:00 – “Dəmir Yumruq” – “Zəfər 44”

B qrupu 23:00  – “İctimai TV” – “Veteranlar”

4 oktyabr

A qrupu 22:00 – “APA” – “Baku WS”

D qrupu 23:00 – “Baku TV” – “AZƏRTAC”

5 oktyabr

C qrupu 22:00 – “Yurd Media” – “Zəfər 44”

B qrupu 23:00 – “Vətən” – “Veteranlar”

11 oktyabr

A qrupu 23:00 – “Real TV” – “APA”

B qrupu 22:00 – “Vətən” – “İctimai TV”

12 oktyabr

C qrupu 23:00 –  “Dəmir Yumruq” – “Yurd Media”

D qrupu 22:00 – “Baku TV” – “AzTV”

18 oktyabr

B1 – A2  22:00 – “İctimai TV” – “APA”

D1 – C2  23:00 – “AzTV” – “Zəfər 44”

19 oktyabr

C1-D2  22:00 – “Dəmir Yumruq” – “Baku TV”

A1 – B2  23:00 – “Real TV” – “Veteranlar”

26 oktyabr

YARIMFİNAL

22:00 A1/B2 – C1/D2

23:00 B1/A2 – D1/C2

1 noyabr

3-cü yer – 19:00

FİNAL – BAĞLANIŞ – MÜKAFATLANDIRMA – 20:00

XƏBƏR LENTİ
Siyasi / 14.10.2025 23:07
Bağçacıq, Bazarkənd toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 14.10.2025 18:31
“Qoca İrəvan yer üzündən silinib, amma rəsmlərdə qalıb” - VİDEO
Sosial / 14.10.2025 15:03
İtirilmiş kəndlərin ağrılı tarixçəsi – ANONS
Müsahibə, Mədəni / 14.10.2025 13:45
“Qoca İrəvan rəsmlərdə qalıb” – ANONS - FOTO - VİDEO
İdman / 14.10.2025 09:22
Turnirin 3-cü turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Müsahibə, Siyasi / 13.10.2025 21:43
“Hüseynquluağalı kəndinin adı bir neçə dəfə dəyişdirilib” - FOTO - VİDEO
İdman / 13.10.2025 11:58
Üçüncü turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
İdman / 13.10.2025 00:44
“Baku TV” və daha 3 komanda adını 1/4 yazdırdı - FOTO
İdman / 12.10.2025 08:33
“AzTV”-“Baku TV” ilə, “Yurd.Media”-“Dəmir Yumruq”la bacaracaqmı? 
İdman / 12.10.2025 03:32
“Real TV”, “APA”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
Mədəni / 11.10.2025 23:03
İrəvan xanlığı və qacarlar: tarixi mirasımızın silinməz izləri - VİDEO
İdman / 11.10.2025 09:22
“İctimai TV”-“Vətən” qrupda qalmaq, “Real TV”-“APA” liderlik üçün görüşür
Siyasi, Sosial / 10.10.2025 23:44
“Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik” - FOTO - VİDEO
Sosial / 10.10.2025 14:42
At belində yurduna qayıtmaq istəyən Sahib Ömərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 10.10.2025 08:58
Şəhid jurnalistlərin Xatirə Turnirində 3-cü tur başlayır
Siyasi, Təhlil / 09.10.2025 23:59
Amerikalılar Zəngəzurda: dəhlizin Mehridən keçən hissəsi bu tarixdə inşa ediləcək - VİDEO
Təhlil / 09.10.2025 14:43
Amerikalılar Zəngəzura görə İrəvanda – ANONS - VİDEO
Siyasi / 08.10.2025 23:20
Paşinyan–Əliyev xətti: sülh müqaviləsi üçün “ev tapşırığı” iddiası - VİDEO
Siyasi / 08.10.2025 14:22
İrəvanda “Artsax” sayıqlayanlar – ANONS - VİDEO
İdman / 08.10.2025 08:16
Turnirin 2-ci turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 07.10.2025 23:24
Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 07.10.2025 18:36
“F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir” - VİDEO
Sosial / 07.10.2025 15:22
Baybecan adı ilə yaranan qədim məskən – ANONS - VİDEO
Müsahibə / 07.10.2025 13:34
Hərbi abidələrin bərpasına başlanılıb – ANONS
İdman / 07.10.2025 08:10
İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO