Sabah qısamüddətli yağış yağacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Rakus.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-24, Bakıda gecə 18-20, gündüz 21-23 dərəcə isti olacaq.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 22-26, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti olacaq.