Sabiq nazir baş nazirdən yazdı
“Əli Əsədovun ölkənin Baş naziri postuna təyinatı yüksək qiymətləndirilməlidir. O, peşəkar iqtisadçı və kifayət qədər bacarıqlı bir təşkilatçıdır”.
Rakus.az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov yazıb.
Bildirib ki, hələ 90-cı illərin ikinci yarısında, Əli Əsədovun prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postuna təyinatından sonra birlikdə ölkənin iqtisadi problemlərini saatlarla müzakirə edərkən onun nə qədər ağıllı bir iqtisadçı olduğunun şahidi olmuşdum. Əli Əsədov ölkənin iqtisadi problemlərini və bu problemlərin həlli yolllarını kifayət qədər yaxşı bilir. Heç şübhəsiz ki, indiki həssas dönəmdə onun bu vəzifəyə təyinatı təsadüfi deyil.
Sonda qeyd edib ki, düşünürəm ki, Əli Əsədovun bu posta ölkənin iqtisadi və maliyyə sistemində gözlənilən koordinal islahatlar, o cümlədən, kadr islahatları ərfəsində gətirilməsi təsadüfi sayıla bilməz.