Gündəm 11.09.2019 11:37

ŞABRAN: İcra başçısının əhali ilə görüşləri gizlədilir – FAKT - FOTO

Görüşləri barədə xəbərlər biz araşdırandan sonra köhnə tarixlə qoyuldu.

 

Respublika Prezidenti İlham Əliyevin əhali ilə mütəmadi olaraq görüşlər keçirməsi, onları dinləməsi, qayğılarının həlli üçün konkret tapşırıqlar verməsi ölkə ictimaiyyəti tərəfindən yüksək rəğbət hissi ilə qarşılanır. Bu səbəbdən də dövlət başçısının bu müdrik və humanist addımı əksər məmurlar üçün idarəetmə sistemində nümunəyə çevrilir. Nazirlər, komitə sədrləri, icra başçıları isə bunu işləri ilə təsdiqləməyə çalışırlar. Lakin əfsuslar olsun ki, bunu bütün rəhbərlərə şamil etmək olmur. Belə ki, Şabran rayon icra hakimiyyətinin başçısı Asif Hüseynovun əhali ilə görüşləri barədə məlumat əldə etmək demək olar ki çox çətindir. Çünki rayon icra hakimiyyətinin rəsmi saytına istinadla deyə bilərik ki, rayonda belə görüşlər 2 aydan bir keçirilir.

Saytda göstərilir ki, icra başçısı əhali ilə avqustun 1-dən sentyabrın 9-dək 1 (2 avqust) görüş keçirib, iyul ayında isə heç bir görüş olmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun, respublikanın baş prokuroru Zakir Qaralovun və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun görüşləri saytda mütəmadi yerləşdirildiyi halda icra başçısının görüşləri olmur. Məsələni araşdırmaq üçün vətəndaşların qəbulu ilə bağlı saytda yerləşdirilən əlaqə nömrəsinə dəfələrlə zəng etdik. Əfsuslar olsun ki, iş saatının olmasına baxmayaraq ((023) 353-25-00) bu nömrədən dəstəyi qaldıran olmadı.

 

                            9 sentyabr 2019-cu il                                       10 sentyabr 2019-cu il

Məsələyə rayon icra hakimiyyətinin məsul şəxslərinin münasibətini öyrənmək üçün suallarımızı qurumun rəsmi elektron ünvanına göndərdik. Sorğumuza cavab verilməsə də bir gündən sonra saytda yeniliklər edildiyinin şahidi olduq. Belə ki, fotodan da göründüyü kimi icra başçısının sayta yerləşdirilməyən görüşləri qısa vaxtda özü də köhnə tarixli verildi. Belə hallar rayon icra hakimiyyətinin başçısına qarşı yönələn addım kimi qiymətləndirildiyindən onun birbaşa bu məsələyə cavabdeh olan müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fikrət Nuşiyevlə telefon əlaqəsi yaratdıq. O, məsələdən xəbərsiz olduğunu bildirdi və araşdırmaq üçün vaxt istədi. Qısa vaxtdan sonra zəng edərək özlərinə bəraət qazandırmağa çalışdılar. İcra hakimiyyətinin xanım əməkdaşı isə bunun o qədər də böyük bir məsələ olmadığını bildirdi. Qeyd etdik ki, bütün şəhər və rayon icra hakimiyyətlərinin rəsmi saytları icra başçılarının bütün görüşlərini və rayonda olan digər mühüm tədbirləri mütəmadi olaraq operativ surətdə verdiyi halda Şabran rayonunda buna əməl olunmur. Bəs onda rayonun rəsmi saytı nə üçün yaradılıb və niyə fəaliyyət göstərir? Nə üçün icra hakimiyyətinin başçısı Asif müəllimin əhali ilə görüşləri rayonun rəsmi saytına yerləşdirilmir sualımızı cavablandırmaqdan yayınmaq üçün bildirdilər ki, o, iyul ayında məzuniyyətdə olub, biz də məzuniyyətdə idik. Biz isə öz tərəfimizdən qeyd etdik ki, əgər məzuniyyətdə olubsa, iyulun 5-də Əmirxanlı kənd sakinləri ilə görüşünü niyə bu gün köhnə tarixlə -2 ay əvvələ vermisiniz. Digər tərəfdən nə üçün rayon sakinləri ilə digər görüşləri verdiyiniz halda icra başçısının görüşünü unudursunuz. Avqustun əvvəlindən sentyabrın 6-a qədər olan görüşlər də biri istisna olmaqla verilməmişdi. Bununla bağlı sualımıza da tutarlı cavab verilmədi və verilə də bilməzdi. Çünki etibarlı mənbələrdən aldığımız məlumatlara görə Asif müəllim qarfikə uyğun olaraq rayon əhalisi ilə mütəmadi görüşlər keçirir. Ancaq hansısa səbəblərə görə onun bu görüşləri ictimaiyyətdən gizlədilir, rəsmi sayta (digər xəbərlər qoyulduğu halda) verilmir. Redaksiyamızın araşdırmasından sonra isə Asif müəllimin sakinlərlə 8 görüşü 20-25 dəqiqə ərzində özü də köhnə tarixlə sayta qoyuldu. Buradan bir daha bəlli olur ki, hansısa səbəblərdən rayon rəhbərinin əhali ilə görüşləri rəsmi sayt vasitəsilə ictimailəşdirilmir.

Bu kimi hallar isə məmurların nüfuzuna zərbə vurmaqla, əhali arasında neqativ informasiyaların yayılmasına səbəb olur.

Mikayıl Nərimanoğlu
Əməkdar jurnalist

Qeyd: Əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

 

 

 

 

 

 

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS