Futbol üzrə Misir milli komandasının düşərgəsində koronavirusa yoluxan Məhəmməd Salahın özünütəcrid rejiminə məhəl qoymadığı üzə çıxıb.
Rakus.az xəbər verir ki, qardaşının toyunda qonaqlarla bərabər əylənən hücumçunun videosu qısa müddət ərzində sosial şəbəkələrə sızıb.
Misir yığması bu gün Afrika Millətlər Kubokunun seçmə mərhələsində Toqo ilə üz-üzə gələləcək.
COVID-19 virusuna yoluxduğu məlum olan “Liverpul”un futbolçusu bu qarşılaşmada komandasına kömək edə bilməyəcək.