“Səbail” xərək daşıyan uşaqlara görə cərimələndi
Futbol üzrə Azərbaycan çempionatının I divizionunda yaşanan xoşagəlməz halların səbəbkarları cəzalandırılıb.
Rakus.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi yarışın ilk turunda baş verənlərə bugünkü iclasında baxıb.
“Zaqatala” – “Sabah-2” matçında qonaqların nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunub.
“Zirə-2” – “Ağsu” görüşündən əvvəlki oyunöncəsi iclasda Təcili tibbi yardımın nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimələnib.
“Səbail-2” – “Turan Tovuz” matçında xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunub.
MOİK-lə ev oyununda “Kəpəz” “A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə ödəyəcək.