“Seçicilər obyektiv olaraq istədikləri namizədlərə səs verirdilər” AÇIQLAMA
“Bu gün biz 2020-ci il fevralın 9-da Qaradağ rayonu 11 və 12 saylı Seçki Dairəsinin seçki məntəqələrində iştirak etdik. Mən xeyli sayda seçki məntəqəsində oldum. İiştirak etdiyim seçki məntəqələrində seçicilərin fəallığını müşahidə etdim”.
Rakus.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri İradə Hüseynova deyib.
“Havanın bir qədər soyuq olmasına baxmayaraq, Qaradağ rayonunun seçiciləri yüksək fəallıqlarını nümayiş etdirərək seçkilərə qatılıb və öz vətəndaşlıq mövqelərini bildirmək üçün seçki məntəqələrinə üz tutdular. Çox rəvan və şəffaflıq bir şəraitində hər bir insanın öz iradəsini, mövqeyini bildirməsi üçün tam şərait yaradılmışdı. Qaradağ rayonunda tam demokratik şəraitdə seçki prosesi həyata keçirilirdi. Biz seçicilərlə də ünsiyyətdə olduq. Bir müşahidəçi kimi onların mövqeləri ilə yaxından tanış oldum. Onlar obyektiv olaraq istədikləri namizədlərə səs verirdilər və hər hansı bir xoşagəlməz hallar baş verməmişdi”, – deyə, İ.Hüseynova fikrini tamamlayıb.