Siyasi 13.01.2020 12:26

“Seçki-2020” Müstəqil Media Mərkəzi yaradıldı

Bakı. Rakus.az

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yüksək səviyyədə hazırlanıb, geniş aşkarlıq şəraitində azad və ədalətli keçirilməsi üçün nəzərdə tutulan irimiqyaslı layihələr ardıcıl, sistemli və keyfiyyətlə həyata keçirilməkdədir.

Müxtəlif statuslu seçki prosesi iştirakçılarının fəaliyyətinin asanlaşdırılması, onlara hərtərəfli kömək göstərilməsi, habelə ictimaiyyətin seçkilərlə bağlı dolğun və operativ məlumatlandırılmasına hədəflənən növbəti layihə çərçivəsində Mərkəzi Seçki Komissiyasının “Seçki – 2020” Müstəqil Media Mərkəzi yaradılıb.

Yanvarın 13-də Bakı şəhərindəki Hilton hotelində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvlərinin iştirakı ilə “Seçki – 2020” Müstəqil Media Mərkəzinın açılışı baş tutub. Yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin asan və sərbəst məlumat əldə etmələri üçün Mərkəzdə yaradılan hərtərəfli şərait və geniş imkanlarla yaxından tanış olan sədr M.Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.

Qeyd etmək lazımdır ki, “Seçki – 2020” Müstəqil Media Mərkəzi seçkiləri geniş və obyektiv işıqlandırmaq, habelə seçkilərdə şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi üçün KİV nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etmək və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərilməsi məqsədilə yaradılıb. Bunun üçün Mərkəz yüksək tələblərə cavab verən müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunub, həmçinin ödənişsiz internet də media təmsilçilərinin ixtiyarına verilib.

Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün hər cür şərait mövcuddur.

Müstəqil Media Mərkəzinin www.secki-2020.az internet səhifəsi artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, eləcə də seçkilərə dair foto və video görüntülər təqdim olunur.

“Seçki – 2020” Müstəqil Media Mərkəzinin əlaqə məlumatları:

Telefonlar.: (+99412) 565-50-31

Ünvan: “Hilton” hotelinin “ONYX” zalı

Email: [email protected]

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO