Təhlil 30.10.2025 23:44

“Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa strat verilə bilər” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Azərbaycanlılar İrəvanda: Ermənistan bazarına daxil oluruq” adlı süjetdə bu il oktyabrın 21-22-də bir qrup azərbaycanlının İrəvana səfərinin Ermənistanda ciddi müzakirələrə səbəb olmasından bəhs edilir.

Bildirilir ki, Baş nazir Nikol Paşinyanın tərəfdarları bu səfəri sülh quruculuğunda irəliləyiş, revanşist qüvvələr isə azərbaycanlıların geri dönüşü – Qərbi Azərbaycana qayıdışının önünün açılması kimi təqdim edir: “Azərbaycanlıların səfəri təkcə sülh quruculuğunun bir hissəsi yox, həm də tarixi torpaqlarımıza qayıdışın simvolu kimi, eləcə də rəsmi Bakının sülh prosesinə sadiqliyinin nümunəsidir”.

Qeyd olunur ki, Ermənistan müxalifəti “Azərbaycanla sülhün yalnız bəyanatlardan ibarət olduğunu” iddia edir və bundan seçki kampaniyasında yararlanmağa çalışır. Azərbaycanlıların İrəvana səfəri, Ermənistana tranzit qadağasının ləğv olunması Prezident İlham Əliyevin də dediyi kimi, sülh prosesinin kağız üzərində yox, praktikida mövcudluğunu isbat edir.

Diqqətə çatdırılır ki, Ermənistan mediasında baş verənlərlə bağlı müxtəlif iddiaların irəli sürülməsi səngimir. Erməni şərhçi Arman Abovyan hesab edir ki, Azərbaycan tərəfinin sülhlə bağlı atdığı addımlar Paşinyanın reytinqini yüksəldir və bunun seçkidə hakimiyyət üçün müsbət nəticələri olacaq: “Seçkidən sonra azərbaycanlıların geri qayıdışına start verilə, Qərbi Azərbaycan konsepsiyasının reallaşması istiqamətində addımlar atıla bilər. Ermənistanda “dördüncü respublika”nın elan edilməsi də bu prosesin tərkib hissəsidir”.

“168.am” saytı isə yazır ki, Azərbaycanın tranzit qadağasını indi götürməsi Ermənistanın iqtisadi sektoruna daxil olmaq məqsədi daşıyır.

Sonda vurğulanır ki, Ermənistanın regionda gələcək mövcudluğu Azərbaycan və Türkiyə ilə siyasi və iqtisadi əməkdaşlıqdan asılıdır: “Bu əməkdaşlığın perspektivləri  rəsmi İrəvanın sülh prosesinə sadiqliyindən, xüsusilə Azərbaycanın tələblərini icra etməsindən asılıdır. Proseslər göstərir ki, Ermənistanda 2026-cı ildə keçiriləcək seçkilərdən sonra bu tələblərin icrası reallaşa bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 30-da saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Təhlil / 30.10.2025 23:44
“Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa strat verilə bilər” - VİDEO
Siyasi / 30.10.2025 14:42
Ermənistan bazarına daxil oluruq – ANONS - VİDEO
Elm və təhsil / 29.10.2025 23:51
“Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 29.10.2025 14:45
Qaraçılarla ermənilər niyə oxşardır? – ANONS
İdman / 29.10.2025 09:33
Turnirin YARIMFİNAL oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 28.10.2025 23:14
Bayandur, Bayandur bulağı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 28.10.2025 19:09
“Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır” - FOTO - VİDEO
Sosial / 28.10.2025 14:46
Bayandurdan Vağatura – saxta erməni planı – ANONS - VİDEO
Müsahibə / 28.10.2025 13:22
Qərbi Azərbaycan – Vahid Vətənin tərkib hissəsi – ANONS - VİDEO
İdman / 28.10.2025 08:22
Xatirə Turnirinin YARIMFİNAL mənzərəsi - FOTO
Müsahibə / 27.10.2025 22:32
“Andranik ermənilərə yazdığı məktubda özünü ifşa edib” - VİDEO
Mətbuat / 27.10.2025 12:22
On bir yaşlı “Report”: Yeni nəsil jurnalistlərin ünvanı
İdman / 27.10.2025 08:24
“Veteranlar” və “AzTV” finala vəsiqə qazanıb - FOTO
İdman / 26.10.2025 09:35
Finalçılar bu gün bəlli olur
Hərbi / 25.10.2025 23:24
Silah tarixində Azərbaycan imzası - VİDEO
Siyasi, Sosial / 24.10.2025 23:03
“Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb” - FOTO - VİDEO
Sosial / 24.10.2025 13:22
“Aşağı Necili ilə nəfəs alan Hüseyn-Xəzər Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 24.10.2025 09:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində YARIMFİNAL oyunları başlayır
Siyasi, Təhlil / 23.10.2025 23:26
“Qafandan Naxçıvana qədər… – bu ərazilər Azərbaycana təhvil veriləcək?” - VİDEO
Təhlil / 23.10.2025 14:22
Zəngəzur həqiqəti və Paşinyan-kilsə mübarizəsi – ANONS - VİDEO
İdman / 23.10.2025 08:14
Xatirə Turnirinin yarımfinalçıları və bombardirlər CƏDVƏLİ
Elm və təhsil / 22.10.2025 23:38
“Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər” - VİDEO
Elm və təhsil / 22.10.2025 14:35
Sevan adı qıpçaqlardan gəlir – ANONS - VİDEO
İdman / 22.10.2025 08:52
Turnirin 1/4 oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 21.10.2025 23:52
Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı – türk tarixinin izi - VİDEO
Hərbi, Müsahibə / 21.10.2025 18:34
“General Həzi Aslanov nəyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb?” - FOTO - VİDEO