Səfər Mehdiyevə general-polkovnik rütbəsi verildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.
Eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib:
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynova
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyliyə.
Bundan başqa, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Nəbi oğlu Eyubova
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Faiq oğlu Quliyevə.
Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Yusuf oğlu Məmmədova tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.