Gündəm 31.12.2019 00:29

Şəhərdəki bayram axşam və ya Yen ilin görünməyənləri - FOTO

 

Artıq 2020-ci il qapını döyməkdədir. Hər il olduğu kimi, bu dəfə də paytaxt Bakıda Yeni il ab-havası hiss olunur. İçərişəhərdə ənənəvi olaraq “Soyuq əllər, isti ürəklər” yarmarkası quraşdırılır…

Yeni ilə hazırlıqla bağlı şəhərdəki mühitlə tanış olmaq üçün tələbəsi olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrindən biri ilə görüşüb “Tarqovı” deyilən ünvana yollanırıq. Hələ günorta olmasına baxmayaraq, insanlar kifayət qədər çoxdur. Kimiləri fotolar çəkir, kimiləri uşaqlarını gəzdirir, kimiləri də yarmarkada təklif edilən məhsulların qiymətləri ilə maraqlanır. Qiymətlərin nə qədər münasib olduğu bilmirəm. Ancaq qovrulan şabalıdın, qızardılan kartofun…ətrafa yayılan qoxusu insana “gəl-gəl” deyir.

Gəz-gəzə həm də söhbət edirik. Birinci kursun ilk yarım ilini yenicə başa vuran Əfsanə müəllimlərlə bağlı təəssüratlarını danışır. Mən də diqqətlə dinləyir və arada təbəssüm edirəm. Yadıma fakültəmizdəki ilk günlər düşür. Vaxt o qədər tez getdi ki. Ürəyimdən tələbə yoldaşımıza bu sözləri demək keçir: “Müəllimlərimizin qədrini bilin. Kim nə deyir desin, bilin ki, onların hər biri bir dəryadır”. Əslində özümü saxlaya bilmirəm. Deyirəm və qeyri-iradi olaraq geridə qoyduğum illəri xatırlayıram…

Orta yaşlı bir qadının övladının üzərinə qışqırması və onu vurması məni fikirlərdən ayırır. Təəccüblə bir-birimizə baxırıq. Axı ən azından bayramqabağı körpənin hər cür şıltaqlığına dözmək ola. Uşaq niyə illər sonra keçirəcəyi hər Yeni il bayramında bu acı xatirəni xatırlamalıdır?!

İşıqlı Şam ağacının ətrafında gəzən Şaxta baba və Qar qız personajları müxtəlif yollarla insanları onlarla şəkil çəkməyə dəvət edir. Fotoqraf isə əlində kameranı hazır vəziyyətdə tutub. Allah bilir, bir fotonu neçə manata çəkir. Ancaq qınamaq da olmur. Onların da çörək pulu bundan çıxır. Onlar da bayram süfrəsi üçün evlərinə müxtəlif naz-nemətlər aparmalıdırlar.

Danışa-danışa həm irəliləyir, həm də ətrafı müşahidə edirik. Adətim üzrə yenə də çox danışmır, daha çox dinləməyə üstünlük verirəm. Qəfil nə olursa Əfsanə yüksək səs tonu ilə “Vallah, heç düzgün deyil!” deyir. Nə olduğunu başa düşmür və sual dolu nəzərlərlə ona baxıram. Müxtəlif tullantılarla ətrafı zibilləyənlərə işarə edir. Mən də məyus oluram. Heyf, çox heyf.

Əcnəbilər də vətənimizdə kifayət qədər çoxdur-türklər, ruslar, ukraynalılar, hətta hindistanlılar, pakistanlılar…Heyranlıqla şəhərimizdə gəzir, tarixi abidələrin fotolarını boyunlarından asdıqları aparatın və ya smartfonlarının yaddaşına köçürürlər. Bu, bizi fərəhləndirir. Vətənimizin gözəlliyi ilə bir daha fəxr edirik. Belə bir ölkə, belə bir şəhərlə necə fəxr etməyəsən? Dünyada “Küləklər şəhəri” adı ilə tanınan Bakıda indi yüzlərlə turist var. Yəqin ki, geri qayıdanda öz vətənlərində də şəhərimiz haqqında danışacaqlar…

Kofe içmək üçün kafelərdən birinə daxil oluruq. Burada da yeni il ab-havası hiss olunur. İçəridə adam o qədər çoxdur ki, boş masa tapmırıq. Məcbur olub kofelərimizi alır və içə-içə yolumuza davam edirik. Ətrafda əl-ələ tutan cütlüklər də gözə dəyir. Çox güman ki, dünyanın ən xoşbəxtlərindəndirlər. Sevdikləri insanla birlikdə növbəti ilə başlamaq ərəfəsindədirlər. Bundan gözəl heç nə ola bilməz. Təki həmişə belə bəxtiyar olsunlar.

İçkiləri yenicə içib plastik stəkanları zibil qabına atmışdıq ki, yaşlı bir qadın qabağımızı kəsir və “İmkanım yoxdur, kömək edin” deyə xahiş edir. Ürəyim ağrıyır. Cibimdən qəpik çıxarır, qadının ovcuna basıram. Arzulayırıq ki, 2020-ci il insanlarımız üçün daha uğurlu, düşərli olsun, vətəndaşlarımızın maddi vəziyyəti daha da yaxşılaşsın.

Bir də baxırıq ki, gəzə-gəzə “Sahil” metrostansiyası tərəfə gəlib çıxmışıq. Metrostansiyaya düşür və “İçərişəhər”ə qayıdırıq. Burada “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatarın əksi istiqamətində retro qatarlar nümayiş olunur. Vaqaonlar Yeni il atributları ilə bəzədilib. İnsanlar içəri keçir, həvəslə fotolar çəkirlər. Biz isə vaxt itirmədən ekskalatorla yuxarı qalxırıq.

İki-üç gənc gitaranın müşayəti ilə mahnı ifa edir. Paytaxt sakinləri onları sanki mühasirəyə alıb. İzdihamı yararaq biz də gənclərə yaxınlaşırıq. Səsləri pis deyil. “Sarı gəlin”i oxuyurlar. Dinlədikcə insanın ruhu dincəlir.

Tədricən adamların sayı artır. Heç kimə sirr deyil ki, əksəriyyət axşam tərəfi şəhərə çıxır. Polis əməkdaşlarının sayı da bayaqkına nisbətən çoxdur. Böyük ehtimalla onlar da gücləndirilmiş iş rejimində çalışırlar.

Üç saata yaxın şəhərdə gəzir, Yeni ilə hazırlıqla bağlı “kəşfiyyat aparırıq”. Bu günlərdə bir müəllimimizdən eşitmişdik ki, jurnalistlər adi insanlardan bir gün tez yaşayırlar. Biz də əksəriyyətin sabah yaşayacağı bayram sevincini bu gündən hiss edirik. Jurnalistikanın ən yaxşı tərəfi də, bizcə, elə budur-hamıdan birinci görmək, eşitmək, hiss etmək. Bir də görünməyənləri görmək lazımdır. Bayram axşamı dilənən qadın, döyülən körpə kimi…

 

Əfsanə Atakişizadə,

Kənan Novruzov,

BDU-nun Jurnalistika fakültəsinin tələbələri

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO