Gündəm 16.04.2022 11:03

Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO

Savaş həm də informasiya cəbhəsində gedirdi və heç də asan deyildi. Ermənilər və onun havadarları 30 ildə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi obraz yaratmış, özlərini məzlum, azərbaycanlıları isə qəddar kimi təqdim etməyə nail olmuşdular. Bu əsassız rəyi dağıtmaq, Qarabağla bağlı həqiqətləri, ermənilərin törətdikləri vəhşilikləri dünyaya çatdırmaq qarşıda duran əsas məqsədi idi.

Müharibənin ilk günlərindən Məhərrəm İbrahimov informasiya savaşının ön cəbhəsində idi. O, dövlət agentliyinin – AZƏRTAC-ın hərbi müxbiri kimi ilk gündən cəbhə bölgəsinə yollanmışdı, ən qaynar nöqtələrdə olur, döyüş meydanında baş verənləri, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki vətəndaşlara qarşı törətdiyi terror aktları barədə doğru informasiyaları ölkəyə və dünyaya yayırdı.

Savaş 44 gün sürdü, Azərbaycan möhtəşəm qələbə qazandı, düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü təmin etdik, lakin mübarizə fərqli formada davam edirdi. Məkan yenə də Qarabağ, Şərqi Zəngəzur idi. İndi ermənilərin 30 il ərzində Azərbaycan ərazilərində törətdikləri vandalizm aktlarını, evlərin yandırılmasını, dağıdılmasını, qəbiristanlıqların yerlə-yeksan edilməsini, dini, mədəni, tarixi abidələrə qarşı vəhşilikləri çəkib göstərmək, dünyaya yaymaq lazım idi.

Məhərrəm və həmkarları bu işlə məşğul idi, azadlığına qovuşmuş şəhərləri, rayonları, kəndləri küçə-küçə, ev-ev gəzir, real vəziyyəti öyrənir, foto və videolentə köçürür, informasiya toplayırdılar. O, bu yolda canından keçdi, döyüş dayanandan 206 gün sonra Kəlbəcərdə ermənilərin basdırdıqları minanın partlaması nəticəsində bizlərdən cismən ayrıldı.

Bu gün, aprelin 16-da şəhid Məhərrəm İbrahimovun doğum günüdür, yaşasaydı, 40 yaşı tamam olacaqdı.

“Report”un əməkdaşı şəhidin ailəsinə baş çəkib, doğmaları ilə həmsöhbət olub.

Əsgər İbrahimov

Mərhum M.İbrahimov haqqında danışan qardaşı, jurnalist Əsgər İbrahimov deyir ki, o, sakit, mülayim xarakterli, işinə bağlı və peşəkar idi:

“Məhərrəm dördüncü, yəni ən kiçik qardaşımızdır. O, peşəsinə olduqca bağlı idi. Onu da deyim ki, danışmağı bir o qədər də sevmirdi. Qarabağda çəkilişlərdə olan zaman əlaqə saxlayar, əhvalını soruşardım. O isə sadəcə sağ-salamat və hər şeyin qaydasında olduğunu deyirdi. Son dəfə görüşə gələndə Hadrutu çox bəyəndiyini, hətta gələcəkdə orada yaşayıb, övladlarını orada böyüdəcəyini demişdi. Arzuları yarımçıq qaldı. Tək təsəllimiz yolunun Vətən yolu, məkanının Şəhidlik zirvəsi olmasıdır”.

Həyat yoldaşı Bahar İbrahimova hələ də Məhərrəmin yoxluğu ilə barışa bilmədiyini, onun yolunu gözlədiyini söyləyir:

“Hələ də onun yoxluğunu qəbul edə bilmirəm, indi də çəkilişlər etdiyini, işinin başında olduğunu zənn edirəm. Keçən il onunla birlikdə son doğum gününü keçirdik. Bu gün Məhərrəmin 40 yaşı tamam olur. Əslində, doğum gününü qeyd etməyi sevməzdi. Biz isə hökmən tort alar, ona surpriz edərdik. Ötən il də onu evdə eyni formada qarşıladıq. Onda Məhərrəm əlini qaldırıb Allaha şükür etmişdi. Sən demə, sonuncu birlikdə olduğumuz doğum günü imiş. Bu gün isə onun cənnətdəki ilk doğum günüdür”.

B.İbrahimova Məhərrəmin bir ata kimi övladlarına həddən artıq bağlı olduğunu, onlara xüsusi qayğı ilə yanaşdığını bildirdi:

“Məhərrəm övladlarına çox bağlı idi. İşdən yorğun gəlməsindən, istənilən problemdən asılı olmayaraq bir tikəsini belə övladlarından ayrı yeməzdi. Böyük oğlum Uğur artıq atasının yoxluğunu tam olaraq dərk edir. Bu yaxınlarda atası ilə bağlı söhbət edir, onunla olan xatirələrimizdən danışırdıq. Oğlum mənə “ana, kaş  atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” dedi. Bu sözlər mənə çox təsir etdi. Nə qədər çətin olsa da, oğluma atasının artıq bu həyatda olmadığını, Vətən uğrunda peşə fəaliyyətini yerinə yetirərkən ən uca zirvə olan şəhidlik mərtəbəsinə ucaldığını dedim”.

Bahar İbrahimova

Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə Bakıdakı 100 nömrəli orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. Təhsilini 2003-cü ildə başa vurub. Həmin il iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət edib. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini başa vurub.

2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.

2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İki övladı olan M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəli idi, iki övladı yadigar qalıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO