Gündəm 04.11.2022 10:32

Şəhidlərin xatirəsinə keçirilən futbol turniri başa çatır – QALİB KIM OLACAQ? - FOTO

Zəfər Günü (8 noyabr) münasibətilə noyabrın 6-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində final oyunu və bağlanış mərasimi keçiriləcək.

Rakus.az xəbər verir ki, bazar günü “Vətən” İdman Klubunun stadionunda ilk  olaraq 3-cü yer uğurunda mübarizə başlayacaq. Saat 9:30-da “Ardanış” ilə “Ada Təpə” qarşılaşacaq. Hər iki komanda bürünc medal üçün tər tökəcək.

 

 

Heyətləri belədir:

“Ardanış” – Elvin İsmayılov, Elşən Nəsibov, Emin Ələsgərov, Emin Qasımov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Azər Hüseynov, Tarik Qasımov, Namik Həsənov, Allahyar Musayev, Vaqif Həsənov, Taleh Muradov, Əsgər İbrahimov

Məşqçi Telman Məhərrəmov

“Ada Təpə” – Natiq Vəliyev, Rövşən Məhərrəmov, İsrail İsmayılov, Heydər Xudayev, Şükür Məmmədalıyev, Araz Qurbanov, Xəlil Xudayev, Aqil Qurbanov, Zaur Hüseynov, İsa İsayev, Toğrul Süleymanov, Hüseyn Kazımlı, Etibar Alıyev

Məşqçi Bayram Süleymanov

Bu görüşdən sonra final görüşünə start veriləcək.

Turnirin sürpriz komandası olan “Göyçə” dağ cəngavərləri ləqəbli  “Novoivanovka”nı sınağa çəkəcək. Oyun taktikasına görə bir-birindən fərqlənən komandaların sahəyə hansı heyətlə çıxacağı maraq doğurur.

Bu matç həm də “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı”, “ən çox qol vuran oyunçu” nominasiyalarının müəyyənləşməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

 

Heyətlər belədir:

“Novoivanovka” – Emil Bayramov, Vüsal Hüseynov, Ayxan Abbasov, Emin İmaməliyev, Elçin İsmayılov, Qasım Məmmədov, Rakif Əliyev, Murad Natiqoğlu, Vasif Əliyev, Rafiq Həsənov, Samir Əliyev, Etibar Məhərrəmov, Malik Löymanov, Rasim Həsənov

Məşqçi Yaşar Vəliyev

“Göyçə” – İlkin Ağayev, Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Cəlal Məmmədov, Mikayıl Səfərov, Səhman Xasıyev, Xəqani Mazanov, Ramin Şahmaroğlu, Samir Həsənov, Nəriman Həsənov, Cavanşir Nəsirli, Xamis Hacıyev

Məşqçi Məhəmməd İsmayılov

Final qarşılaşması başa çatdıqdan sonra turnirin bağlanış mərasimi keçiriləcək. Qaliblərə və iştirakçılara kubok, medal və sertifikatlar təqdim olunacaq.

Xatırladaq ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran oyunçu”, “ən yaxşı qapıçı”, “ən gənc oyunçu”,”veteran oyunçu” və “ən nizam-intizamlı komanda” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakurs.az saytı verir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO