Gündəm 31.07.2019 11:48

Sənədsiz evlərin taleyi bilindi

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) rəsmi məlumatına görə, Azərbaycanda 600 min sənədləşdirilməmiş ev mövcuddur.
Bu evlərin 450 mini Bakı və Bakıətrafı qəsəbələrin, yerdə qalan 150 mini bölgələrin payına düşür.
Rakus.az xəbər verir ki, evlər sənədləşdiriləcək deyilincə sənədsiz evdə yaşayan təxminən bir milyondan çox insan sevindi.
Ona görə bir milyon deyirik ki, 650 min evdə orta hesabla ən az 2 nəfər yaşayırsa bu bir milyondan çox insanın taleyi deməkdir. Sənədsiz evlərdən 70 mini xüsusi təhlükəli ərazilərdə tikilib.
Bura dövlət əhəmiyyətli neft buruqları, su, qaz, elektrik, dəmir yolu, magistral xətlərinin yaxın çevrəsi, palçıq vulkanı zonaları aiddir. Həmçinin aqrar sektora yararlı ərazilərdə tikilən sənədsiz evlər də mövcuddur.
Bu yerlərdə evlərin inşası qanunla qadağandır.Lakin artıq 30 ilə yaxındır insanlar bu evlərdə yaşayır, bir nəsil yetişib. Hətta yaşı 50-60 il olan sənədszi evlər də mövcuddur.
ƏMDK-dan verilən məlumata görə, artıq sənədsiz evlərin sənədləşdirilməsi üçün yeni konsepsiya hazırlanıb. Problemin tezliklə həll olunacağı deyilsə də dəqiq nə də tam olaraq nə vaxt?
Dövlət başçısının sərəncamı ilə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sənədsiz evlərin uçota alınması ilə bağlı fəaliyyə başlayıb.
Lakin, sənədsiz evlərin sayının çoxluğu nəzərə alınarsa bu az müddət təşkil etməyəcək. Bunun üçün işçi qrupılar və komitənin əsas məlumat bazası olan elektron sistem yaradılıb.
Bu sistem ilin sonuna qədər tam hazır olacaq. Həmçinin, ƏMDK tərəfindən özbaşına inşa edilmiş evlər barədə məlumatlar elektron sistemə ötürülüb və Prezident Administrasiyasına təqdim edilib.
ƏMDK-nın mətbuat xidmətinin rəbəri Qulu Xəlilovun saytımıza verdiyi məlumata görə, artıq gələn ildən sənədsiz evlərin sənədləşdirilməsinə başlanılacaq.
Sənədsiz evlərin sənədləşdirilməsi məsələsində Türkiyə və Rusiyanın təcrübəsi öyrəniləcək. Təhlükəli zonada olan və olmayan evlərə fərqli yanaşılacaq.
Öncə təhlükəsiz ərazilərdə olan evlər sənədləşdiriləcək.Təhülkəli zonalarda yerləşən evlərə dair isə ola bilsin ki əmlak amnistiyasından istifadə edilsin.
Rusiyada olduğu kimi simvolik ödəniş tətbiq ediləcək və bunun müqabilində mülkiyyət çıxarışı veriləcək.
Təhülkəli ərazilərdə olan evlərin yanında elektrik xəttinin qaz xəttinin yerini dəyişmək mümkün olsa ev köçürülməyəcək.
Çox təhlükəli ərazilərdə neft buruqları arasında yerləşən evlər isə kompensasiya müqabilində köçürüləcək.
Aqrar yararlı zonada yerləşə evlərin sayı çox olsa həmin ərazidə aqrar yararlı torpaq statusu ləğv ediləcək.
Sənədsiz evlərin sənədləşdirilməsi dövlətlə milyon manatlarla xeyir verəcək, büdcə daxilolmalarını artıracaq.
Bu günə qədər məmurların cibinə axan qeyri leqal pullar indi vergi şəklində dövlət büdcəsinə daxil olacaq. (Azxeber.com)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS