İqtisadi 05.12.2019 11:00

Elvin Abbasov: “Sərmayəyə dair məsuliyyətliliyi artırmaq lazımdır”

“Hər ölkədə sərmayənin güclənməsi kapitalın milliləşməsinə bağlıdır. Sərmayənin milliləşməsi geniş, konseptual mövzudur və bu yöndə islahatlar aparılması şərtdir”.

Rakus.az xəbər verir ki, bunu iş adamı Elvin Abbasov deyib.

Onun sözlərinə görə, sərmayənin milliləşməsi üçün sərmayəyə dair milli məsuliyyətlilik hissini artırmaq lazımdır: “İqdisadi sabitlik ancaq bu yolla qoruna bilər. Bunun üçün istehlakçı iqtisadiyyatı yox, istehsalçı iqtisadiyyatının mexanizmi sistemləşdirilməlidir. Təkmilləşmənin ən fundamental amili intellektual sərmayənin güclənməsidir”.

O bildirib ki, ölkədə başlayan yeni layihələrin icrası sırasında bəzi hallarda əsasən xarici təşkilatların və şirkətlərin bilik və təcrübəsinə müraciət edilir, bu istiqamətdə iri həcmdə vəsait xərclənir.

“Digər tərəfdən, bu prosesdə yerli şirkətlərin iştirakı məhdudlaşdırılır və ya işçilik statusundan irəli getmir. Bu, öz-özlüyündə sərmayənin milliləşməsinə zidd bir prosesdir. Halbuki, yerli şirkətlərin təcrübəsinin artırılmasına və mütəxəssislərin inkişafına dəstək baxımından dövlət əhəmiyyətli layihələrdə xarici şirkətlər ilə yerli şirkətlər arasında bilik və təcrübə münasibətlərinin ötürülməsi mexanizmı yaradılmalıdır. Bunu təyin edən əsas prinsiplərdən biri də hər bir layihənin yerli şirkətlərlə birlikdə icrası, hətta xarici şirkətlərə yerli şirkətlərin baş iştirakçısı olma şərtinin tanınmasıdır. Bu mexanizm yerli şirkətlərin təcrübəsinin artmasında və mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayacaq. Bu səbəbdən ölkəmizdə dövlət sektorunda və sahibkarlıq fəalliyyətlərində azad fikirli insanlar intellektual yeniliyi dəstəkləməli, iqtisadi strategiyanı müasir dünyanın tələblərinə uyğun və milli şüurla təkmilləşdirməlidir”, – Abbasov vurğulayıb.

Onun fikrincə, sərmayənin milliləşmə strategiyası aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

– Öz əmək və istehsalatımızın gücü ilə bütün istiqamətlərdə məhsuldarlığın və eyni zamanda keyfiyyətin artırılması müstəqil iqtisadiyyat üçün ən böyük amil və milli iqtisadiyyat modelidir.

– Bu milli inkişaf mexanizmi müstəmləkəçi ölkələrə qarşı iqtisadi müharibədə müdafiə qalxanı yaradır.

– Beynəlxalq təcrübədən yararlanmaq və bu təcrübənin mənimsəmə prosesi icra edilən layihələrdə yerli şirkətlərin və mütəxəssislərin iştirakı mütləq şərt olmalıdır. Eyni istiqamət üzrə növbəti layihə yerli şirkətlərə verilərək yerli mütəxəssislərin bilik və təcrübəsinin təkmilləşmə mexanizmi yaradılmış olacaq.

– Şirkətlərimizin spesifik sahələrinə fokuslanıb bilik və əmək qabiliyyətini gücləndirib dünya rəqabətciliyinə qoşulma vaxtı çatıb, hətta bu işdə gecikmişik. Əsas hədəf daxili bazar yox, xarici bazar olmalıdır. Şirkətlərimizin brendləşib xarici bazarda rəqabət prosesinə qoşulması ilə sərmayənin xaricə axınının qarşısını alıb, tam əks prosesə başlanmalıyıq.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO