Siyasi 23.12.2019 19:06

“Şərq tərəfdaşlığı” proqramının 10 illik fəaliyyətinə yekun vuruldu

Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində “Şərq tərəfdaşlığı” proqramının 10 illik fəaliyyətinə yekun vurulub.

Rakus.az xəbər verir ki, Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo tədbirdə çıxış edib.

O xatırladıb ki, belə bir tərəfdaşlıq yaradılması təşəbbüsünü Polşa və İsveç irəli sürüb.

M.Qreçilo deyib: “Biz Şərq qonşularımız Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan və Ermənistanla tərəfdaşlıq ideyasını irəli sürməklə xüsusi qonşuluq siyasəti yaratmaq istəmişik. Bu təşəbbüsün əsas məqsədi “Şərq tərəfdaşlığı”nın iştirakçısı olan ölkələrdə siyasi və sosial-iqtisadi islahatlara kömək etmək yolu ilə Avropa İttifaqı və tərəfdaş ölkələr arasında siyasi və iqtisadi inteqrasiyanın sürətləndirilməsi üçün zəruri şərait yaratmaq idi”.

Təqdimat mərasimində “Şərq tərəfdaşlığı” proqramının 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Polşalı diplomat “Şərq tərəfdaşlığı”nın gələcək fəaliyyətinin prioritetləri barədə öz ölkəsinin mövqeyini şərh edib. O, üç prioriteti qeyd edib: iştirakçı ölkələrin qanunvericiliklərinin Aİ qanunvericiliyinə yaxınlaşdırılması, bütün sahələrdə əməkdaşlığın genişlənməsi və inteqrasiyanın daha da dərinləşməsi.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Şərq tərəfdaşlığı”nın 10 illik tarixi barədə söhbət açaraq bildirib ki, bu proqramın əsas vəzifəsi təhlükəsizlik strategiyasıdır. Səfir deyib: “Əgər qonşularımızın problemləri varsa, bu halda Avropa İttifaqı rahat inkişaf edə bilməz. “Şərq tərəfdaşlığı” Avropa İttifaqının əsas diqqətini mövcud problemlər üzərində cəmləşdirməsinə və onların həllində iştirak etməsinə imkan yaradıb. “Şərq tərəfdaşlığı” ölkələri Aİ ölkələri ilə ticarətin həcminə görə məcmu halda onuncu yeri tutur. On il ərzində Azərbaycan ilə Aİ arasında əmtəə dövriyyəsi 28 faiz artıb. “Şərq tərəfdaşlığı” çərçivəsində Aİ ilə Azərbaycan arasında iki saziş imzalanıb – readmissiya haqqında və viza konsolidasiyası haqqında. Bu sənədlər sayəsində 2015-2018-ci illərdə Azərbaycan vətəndaşlarına verilən vizaların 40 faizi təkrar istifadə üçün nəzərdə tutulub. 2017-2018-ci illərdə 25 min viza pulsuz verilib”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO