“Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq müzakirə olundu
Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq üzrə Xarici İşlər Şurası qeyri-rəsmi videokonfrans keçirib.
Rakus.az xəbər verir ki, Latviya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinə COVID-19 pandemiyası ilə mübarizədə dəstək verilməsi və qarşıdakı “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıqlarla bağlı məsələlər müzakirə olunub.
Nazirlər COVID-19 pandemiyasına beynəlxalq reaksiya ilə əlaqədar vəziyyətin inkişafını və Liviyadakı durumun pisləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Aİ-nin koronavirusun yayılmasına, eləcə də onun fəsadlarına qarşı mübarizədə şərq qonşuları ilə həmrəyliyinə dəstək ifadə edilib.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə- Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.