Siyasi 01.07.2019 14:17

Sessiyanın Bakıda keçirilməsi ölkəmizə verilən dəyərdir – Qarayev - FOTO

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizə verilən dəyərdir.

Rakus.az xəbər verir ki, bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında deyib.

Ə.Qarayev qeyd edib ki, bu tədbiri keçirmək böyük məsuliyyət tələb edir: “Biz bu tədbiri yüksək səviyyədə keçirmək üçün əlimizdən gələni edirik. İnanırıq ki, tədbir yüksək səviyyədə davam edəcək. İştirakçıların rəylərinə əsasən onlar tədbirin təşkilatçılığından razıdırlar”.

Nazir bildirib ki, sessiya çərçivəsində mühüm müzakirələr aparılır: “Sessiya çərçivəsində müxtəlif mövzularda səmərəli müzakirələr aparlır”.

Bildirək ki, ötən gün öz işinə başlayan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bu gün də davam edir.

Sessiyada UNESKO-ya üzv olan dövlətlərdən yüksək səviyyəli rəsmilər, o cümlədən bir çox ölkələrin baş nazirləri, baş nazir müavinləri, mədəniyyət, ətraf mühit, turizm nazirləri, həmçinin beynəlxalq təşkilatların rəhbər şəxsləri, UNESKO-nun məşvərət orqanlarının rəhbərləri, 70-ə yaxın ölkənin UNESKO yanında daimi nümayəndəsi və memarlıq, irs və ətraf mühit sahələri üzrə mütəxəssislər iştirak edirlər.

Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, Məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.

Xatırladaq ki, hazırda Qız Qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə İçərişəhər Tarixi-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya İrsi Siyahısında yer alır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS