Siyasi 10.09.2019 17:05

Şəxsi fikir YAP-ın mövqeyi deyil – Deputat

“Yeni Azərbaycan Partiyasında mühüm vəzifələrdə təmsil olunan və partiyanın fəaliyyətində xüsusi xidmətləri olan Siyavuş Novruzovun və Eldar İbrahimovun fikirləri ictimai rəydə tam olaraq anlaşılmayıb və eyni zamanda, partiyanın mövqeyi kimi ictimailəşdirilməyə cəhd göstərilib”.

Rakus.az xəbər verir ki, bunu  YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Bildirib ki, vaxtilə vəzifədə təmsil olunmuş, dövlətimizə, xalqımıza sədaqətlə xidmət etmiş şəxslərə bu gün də eyni münasibət bəsləyirik. Çünki onlar istər məmur kimi çalışdıqları dövrdə, istərsə də istefaya göndərildikdən sonra təmsil olunduqları siyasi komandaya münasibətdə sədaqətli, ardıcıl olublar. Onlar bu gün də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanması üçün öz imkanları daxilində əllərindən gələni əsirgəmirlər. Həmin şəxslər hazırda Yeni Azərbaycan Partiyasının tədbirlərində iştirak edir, partiyamızın işinə dəstək verir, partiyamızın seçki orqanlarında təmsil olunurlar.

“YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov bu məsələlərlə bağlı açıqlama verərək həm partiyamızın, həm də mövcud iqtidarın buna münasibətini real şəkildə ifadə etdilər. Bu münasibət də ondan ibarətdir ki, YAP dövlətçilik naminə əməkdaşlıq etdiyi hər kəsə və hər bir siyasi partiyaya hörmətlə yanaşır, onlara vətənini və dövlətini ürəkdən sevən insanlar kimi baxır. Eyni zamanda, hər hansı məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz”, – deyə Aydın Hüseynov bildirib.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, təmsil etdiyi partiya ötən 27 ildə Azərbaycan siyasi sisteminə mütərəqqi dəyərlər bəxş etmiş, ölkəmizdə siyasi plüralizmin, demokratiyanın inkişafına sanballı töfhələr vermiş partiyadır. Millət vəkilinin fikrincə, YAP hər zaman milli mənafeyimizin qorunması, dövlətçiliyin inkişafı baxımından bütün siyasi təşkilatlarla əməkdaşlığa hazır olduğunu bəyan edib və bu gün də bu mövqeyinə sadiqdir: “Yeni Azərbaycan Partiyasının qapıları Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən hər bir şəxsə və təşkilata açıqdır. Bu, eyni zamanda, milli birlik və həmrəyliyin qorunması, ümumilli məsələlərdə vahid mövqeyin nümayiş etdirilməsi, ölkəmizin demokratik inkişafı baxımından da olduqca əhəmiyyətlidir”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO