Sinqapur “Formula 1″in keçirilmə vaxtını təsdiq etmədi
Sinqapur Qran-Prisi sentyabrın 20-nə planlaşdırılıb, lakin “Liberty Media” təqvimə dəyişiklik edib. Odur ki, bu və ya digər yürüşün keçirilməsinin dəqiq vaxtından danışmaq hələlik tezdir.
Rakus.az xəbər verir ki, Sinqapur yürüşünün təşkilatçıları vəziyyətin gedişini izləyirlər və hazırda mərhələnin 2020-ci ildə keçirilməsi perspektivləri barədə qəti söz deyə bilmirlər.
Şəhər mərhələsi promouterinin nümayəndəsi bildirib: “Sinqapur Qran-Prisinin təşkilatçıları COVID-19 ilə bağlı vəziyyəti diqqətlə izləyirlər və Formula 1, Sinqapur hökuməti və səhmdarlarla açıq dialoq aparırlar. Hazırda Formula 1-in 2020-ci il mövsümünün təqviminə yenidən baxılır. Hər hansı informasiya olan kimi biz bilet alıcılarını bütün dəyişikliklər barədə məlumatlandıracağıq.
Azarkeşlərin, tamaşaçıların, iştirakçıların və əməkdaşların sağlamlığı və təhlükəsizliyi bizim başlıca prioritetlərimizdir”.