Siyasi 06.06.2020 11:07

Siyasi nankorların ciddi müalicəyə ehtiyacı var – Aydın Hüseynov

“Bu gün sosial şəbəkələrdə həm xaricdə, həm də ölkə daxilində Azərbaycan əleyhinə mütəmadi olaraq danışanları müşahidə edirik. Bunlar illərdir ki, prosesləri təhlil etmədən, baş verənləri düzgün qiymətləndirmədən yalan, böhtan, qaralama xarakterli çıxışlar edirlər. Diqqətlə izləsək görərik ki, bu çıxışlar proseslərə adekvat olmaması ilə yanaşı, eyni zamanda normal da deyil”.

Rakus.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bu gün parlamentin iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili “təbii ki, tənqid olmaldır, amma bəlli bir qrupun sosial şəbəkələrdə etdiyi çıxış, nəinki tənqid, yaxud böhtan deyil, ümumiyyətlə isterikadan doğan anromal yanaşma tərzidir”. – deyə əlavə edib:

“Bu onların tez tez isterik duruma düşmələri, baş verən proseslərə adekvat olmayan “fikirlər” səsləndirmələri və davranışlarında açıq aydın hiss olunur. Mən hesab edirəm ki, həmin insanların davranışları normal deyil və bu psixoloji problemlərdən qaynaqlanır. Təbii ki, bundan qaynaqlanan qaragüruh hərəkətlər və neqativ enerji onların özünün səhhətində problemin daha da dərinləşməsi ilə yanaşı cəmiyyətə də mənfi təsir edir. Ona görə də, hesab edirəm ki, bu tipli insanların psixoloji durumunun düzəlməsi üçün ciddi müalicəyə ehtiyac var. Yaxşı olardı ki, onlar düşdükləri durumun fərqinə varsınlar, psixiatr müalicəsi alsınlar. Amma görünən odur ki, bunlar özünü nəuinki tam normal hesab edirlər, hətta özlərini hamıdan ağıllı sayırlar. Ona görə də hesab edirəm ki, onların məcburi qaydada müalicəsi üçün qanun qəbul olunmalıdır. İstənilən halda onlar da Azərbaycan vətəndaşıdır. Azərbaycanda siyasi mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq hər bir vətəndaşa diqqətlə yanaşılır. Pandemiya dövrüdür və bu müddət ərzində bütün vətəndaşlara diqqət və qayğı göstərilir, əhalinin sağlamlığı prioritet olaraq görülür. Psixoloji gərginliyi və psixi xəstəliyi ehtimal olan insanların məcburi qaydada müalicə olunması üçün qanun qəbul edilməsini təklif edirəm. Həmin insanlar məcburi qaydada müalicəyə cəlb olunarlarsa, hesab edirəm ki, onların bir çoxu normal həyata qayıdar və normal insanlarla eyni tərzdə düşünə bilər. Bu qanun həm xaricdə, həm də ölkə daxilində olan bu tipli insanlara şamil olunmalıdır.

Məsələn bu gün Əli Kərimliyə fikir versək, onun isterik vəziyyətini, danışanda qeyri-adi hərəkətlərə yol verməsi, danışanda birdən-birə, heç br səbəb olmadan səsini yüksəltməsi və digər normal olmayan hallar psixoloji durumu yerində olmayan və müalicə alması vacib olan insanlara xas xüsusiyyətlərdir. Təbii ki, onlar da Azərbaycan vətəndaşıdır və bir daha qeyd edirəm ki, bu cür insanların məcburin qaydada müalicə olunması üçün qanun qəbul olunsun”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO