Slovakiya millisinin heyəti açıqlandı
“Avro-2020”nin seçmə mərhələsində iyunun 11-də “Bakcell Arena”da futbol üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiya yığmasının heyəti açıqlanıb:
Rakus.az AFFA-ya istinadla xəbər verir ki, heyətdə qapıçılar Martin Dubravka (“Nyukasl” İngiltərə), Matuş Kozaçik (Viktoriya Plzen, Çexiya), Marek Rodak (Roterham Yunayted, İngiltərə), Dominik Greif (Slovan Bratislava, Slovakiya), müdafiəçilər – Peter Pekarik (Herta, Almaniya), Lubomir Şatka (DAK 1904, Slovkiya), Milan Şkriniar (İnter, İtaliya), Denis Vavro (Kopenhagen, Danimarka), Lukaş Ştetina (Sparta Praqa, Çexiya), Branislav Ninaj (Fortuna Sittard, Hollandiya), David Hancko (Fiorentina, İtaliya), Robert Mazan (FC Benatky, Çexiya), yarımmüdafiəçilər – Stanislav Lobotka (Selta Viqo, İspaniya), Patrik Hroşovsky (Viktoriya Plzen, Çexiya), Jan Greguş (Minnesota Yunayted, ABŞ), Juraj Kucka (Parma, İtaliya), Matuş Bero (Vitesse, Hollandiya), Marek Hamşik (Talien İfang, Çin), Laszlo Benes (Holstein Kiel, Almaniya), Ondrej Duda (Herta, Almaniya), Martin Xrien (Santa Klara, Portuqaliya), Albert Rusnak (Real Salt Lake, ABŞ), Robert Mak (Zenit, Rusiya), Yaroslav Mihalik (Jilina, Slovakiya), Miroslav Stoch (Slaviya, Çexiya), Lukaş Haraslin (Lex, Polşa), hücumçular – Pavol Şafranko (Dundee Yunayted, Şotlandiya), Samuel Mraz (Krotone, İtaliya) və Robert Bojenik (Jilina, Slovakiya) yer alıblar.
Xatırladaq ki, Azərbaycan-Slovakiya oyunu saat 20:00-da başlayacaq.