Rakus.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan zəif komanda deyil:
“Biz yaxşı çıxış etdik. Rəqibə imkan vermədik. İordaniya ilə yoxlama matçında da əsas oyunçular istirahət etmişdi. Onlar bundan yaxşı istifadə etdilər”.
Məşqçi kapitan Marek Hamşikin çıxışını yüksək qiymətləndirib:
“Ona görə çox sevinirəm. Yaxşı oyununa görə təbrik edirəm. Biz eyni gündə anadan olmuşuq”.
Hapal Avropa çempionatına vəsiqə qazanacaqları təqdirdə yenidən Bakıya gəlmək istədiyini bildirib:
“Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da önəmlidir. Bakı gözəl şəhərdir. Gözəl stadionunuzda yenidən oynamaq istərdik”.