İqtisadi 18.03.2020 19:47

“SOCAR Marine” beynəlxalq dəniz yanacağı bazarında lider oldu

2013-cü ildən beynəlxalq dəniz yanacağı sektorunda fəaliyyət göstərən “SOCAR Marine” 2019-cu ildə 600 min tonluq satışla sektorun lideri olub. Sektorun gənc iştirakçısı olan “SOCAR Marine”nin bazar payı 25 faizi ötüb.

SOCAR-dan Rakus.az-a bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey”in sərmayələrinə paralel olaraq sürətlə böyüyən “SOCAR Marine” markası beynəlxalq dəniz yanacağı sektorunun liderliyinə yüksəlib. 2019-cu ildə “SOCAR Marine”nin satışları 600 min tonluq həcmi aşıb. Bosfor və Dardanel boğazlarından keçən, Türkiyə limanlarında yük əməliyyatlarını yerinə yetirərək xaricə çıxan, yaxud da ölkəyə daxil olan gəmilərə satışları əhatə edən bu həcmlə şirkətin bazardakı payı 25 faizi keçib.

Türkiyədə 7 ildən bəri fəaliyyət göstərən “SOCAR Marine”nin Dəniz Satışlarının Direktoru Zəki Tarakçı deyib: “Sektorda yeni iştirakçılardan olmağımıza baxmayaraq, yüksəkkeyfiyyətli məhsul və xidmət anlayışımız, müştərilərimizi və onların ehtiyaclarını daim diqqət mərkəzində saxlamağımız qısa müddətdə lider mövqeyi əldə etməyimizə imkan yaratdı. Bu gün Türkiyənin Qara dəniz, Mərmərə dənizi, Egey və Aralıq dənizi bölgələri ilə yanaşı, Cəbəllütariqdən Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaqdoldurma fəaliyyəti “SOCAR Marine” markasının beynəlxalq müstəvidə gücünü günbəgün daha yüksək səviyyəyə qaldırır.

Əldə etdiyimiz bu güclü mövqe 2020-ci ildən etibarən daxili bazarın dənizçilik sektorunda da fəaliyyətə başlamağımıza imkan verir. Bu çərçivədə ölkədaxili yük və sərnişin daşıması ilə məşğul olan dənizçilik şirkətlərinin, turizm gəmilərinin və balıqçıların ehtiyaclarını ödəyə biləcək xidmətlərimiz və rəqabətədavamlı yanaşmamız ilə bu sektorda da fərqlənəcəyimizə inanırıq”.

Beynəlxalq bazarlarda, ilk növbədə Türkiyədə dəniz və enerji sektorlarında daim keyfiyyətli xidmət göstərməyi hədəfləyən “SOCAR Marine” liderliyə gedən yolda ən böyük sinerjini “SOCAR Turkey”in həyata keçirdiyi nəhəng layihələr hesabına qazanıb. 2018-ci ildə fəaliyyətə başlayan beynəlxalq səviyyəli enerji layihələri – TANAP və “Star” neft emalı zavodu ilə yanaşı, “Petkim” və “SOCAR Depolama”nın sahib olduğu limanlar vasitəsilə “SOCAR Terminal”dakı gəmilərə xidmət göstərən və dünyanın qabaqcıl enerji şirkətlərindən olan SOCAR dənizçilik sahəsində də Türkiyənin ən mühüm şirkətləri arasında yer alır. SOCAR bu gün artıq “SOCAR Marine” markasını gücləndirərək yalnız Türkiyənin deyil, Aralıq dənizi hövzəsinin ən böyük şirkətinə çevrilmək istiqamətində möhkəm addımlarla irəliləyir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS