Siyasi 03.10.2019 23:03

Soçidə Qarabağ münaqişəsinə dair müzakirələr aparıldı – PA rəsmisi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində dövlətimizin başçısının Rusiya Prezidenti ilə görüşü oldu. Görüşdə dövlət başçıları qeyd etdilər ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Ölkələrimiz arasında etibarlı və mehriban dostluq, qonşuluq münasibətləri mövcuddur. Bu, əlaqələrimizin hərtərəfli inkişafına münbit şərait yaradır”.

Rakus.az xəbər verir ki, Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafında dövlətlərimizin başçıları arasındakı təmasların müstəsna rolu var. Keçən il iki ölkənin dövlət başçılarının dörd qarşılıqlı səfəri və bu çərçivədə görüşləri olub. Bunlar da əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Bu ilin aprel ayında isə Pekində ikinci “Bir kəmər, bir yol” Forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub. Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafı qeyd olunmaqla yanaşı, bir sıra praktik sahələrdə əlaqələrimizin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən yol xəritəsi sənədləri diqqətə çatdırılıb.

Ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrindən danışan Hikmət Hacıyev qeyd edib ki, ticarət dövriyyəsinin dinamik artımı göz önündədir. Bu, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Azərbaycana olan ixracda özünü göstərir. Ölkələrimiz, həmçinin neft-qaz sektorunda da yaxından əməkdaşlıq edirlər.

Görüşdə əlaqələrimizin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının rolu da xüsusi qeyd olundu. Bildirildi ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində mühüm rol oynayır.

Söhbət zamanı dövlət başçıları tərəfindən humanitar sahədə də əlaqələrin inkişafı qeyd edilib. Dövlətimizin başçısı Azərbaycanda rus dilinə xüsusi qayğı olduğunu diqqətə çatdırıb. Tədrisin rus dilində aparıldığı məktəblərlə yanaşı, ali məktəblərdə də rus dilində tədris aparılır. Bu da iki ölkə arasındakı əlaqələrin inkişafının növbəti daha mühüm göstəricisidir.

Şöbə müdiri vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli prosesində yaxından iştirak edir.

Hikmət Hacıyev qeyd edib ki, görüşdən sonra da dövlət başçılarının təkbətək görüşü oldu. Azərbaycan və Rusiya prezidentləri gündəlikdəki məsələlərə dair müzakirələrini davam etdirdilər. “Hesab edirəm ki, bu görüş iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və əlaqələrimizin gələcək inkişafına əsaslı töhfə verəcək”, – deyə Prezident Administrasiyasının rəsmisi əlavə edib.

“Valday” Beynəlxalq Diskussiya Klubunun əhəmiyyətdən bəhs edən Hikmət Hacıyev bildirib ki, bu platforma beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir. Bu tədbirdə dövlət və hökumət başçıları, ekspertlər, biznes və akademik dairələrin nümayəndələri iştirak edirlər.

Bu platforma dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının beynəlxalq əlaqələrin gündəliyindəki vacib məsələlərə münasibətdə mövqeyinin ifadə olunması üçün olduqca mühüm imkan yaradır.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO