Maraqlı 24.09.2019 11:11

Soğan diabet xəstələri üçün faydalıdır – MƏSLƏHƏT

Hələ qədim zamanlarda soğan həm ərzaq məhsulu, həm də dərman vasitəsi kimi istifadə olunurdu.

Rakus.az xəbər verir ki, onu enerji, güc və cəsarət verən tərəvəz kimi döyüşçülərin qidasına əlavə edirdilər. Bir sıra xəstəliklərin müalicəsində soğanı tətbiq edən böyük loğman İbn Sina onun haqqında yazmışdı: “Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir”.

Soğanın təsir xüsusiyyətlərinin əksər hissəsi onun tərkibində olan fitonsidlərlə əlaqədardır. Uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyalara, həmçinin göbələk və ibtidailərə də antimikrob təsir göstərir. Tərkibi kalium, kalsium, maqnezium və dəmir kimi minerallarla zəngindir.

Soğanın təzadlı təsir xüsusiyyətləri var: az yeyiləndə salatların içində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır. Az yeyəndə iştaha gətirir, çox yeyiləndə iştahkəsici təsir göstərir. Onun daha bir xüsusiyyəti damar mənfəzini genişləndirməsidir. Kapillyar damarlarda onun təsiri xüsusilə özünü daha tez göstərir. Ona görə də soğan dərinin qidalanması üçün çox faydalı, bütün dəri xəstəliklərinə şəfaverici təsir göstərir.

Qidasında ondan bol istifadə edənlərdə sellülit, çiban, komedon səpgilər, damarların varikoz genişlənməsi, dəri çatlamaları kimi hallar demək olar ki, müşahidə olunmur. Sağalmayan və ya gec sağalan furunkul və çibanlar zamanı bişmiş soğanın çiban nahiyəsinə qoyulması və yeyilməsi tövsiyə edilir. Onun tərkibində olan antibakterial maddələr furunkulun sağalmasını sürətləndirir və yenidən əmələ gəlməsinin qarşısını alır.

Bronxial astma xəstələrinin soğan yeməsi bronxların genişlənməsinə və tənəffüsün yaxşılaşmasına səbəb olur. Hər gün qidada soğandan istifadə edilməsi həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır. Tərkibində olan C vitamini və qlükokinin maddəsi qanda şəkərin miqdarını aşağı salır. Ona görə də şəkərli diabet xəstələri soğandan bol-bol istifadə edə bilər.

Ağ soğan müalicə üçün istifadə edilənin ən yaxşısıdır. Qrip, haymorit və frontit kimi xəstəliklərdə buruna soğan suyu tökülür. 1 ədəd əzilmiş soğan yarım çay qaşığı soda ilə qarışdırılaraq saç diblərinə sürülməsi yatmış folikulların oyanmasına və yeni saçların çıxmasına səbəb olur. Qulaqda iltihab, ağrı və küy olanda gündə iki dəfə soğan suyu tökmək məsləhətdir.

Angina və faringitlərdə 50 qram soğan suyu ilə 100 qram bal bir-birinə qarışdırılaraq gündə 3 xörək qaşığı kiçik qurtumlarla içilməsi xəstəliyin sağalmasını sürətləndirir.

Artroz, artrit və oynaq ağrıları zamanı soğan ətçəkən maşından keçirilir, oynağın üstünə qoyularaq pambıq parça ilə bağlanır, 1 saatdan sonra təpitmə yenisi ilə əvəz olunur. Ağrılar keçənə qədər prosedur davam etdirilir. Soğan prostat vəzinin qan dövranını yaxşılaşdırdığına görə prostatitə tutulma ehtimalını azaldır.

Əl və ayaq dərisinin göbələk zədələnməsi zamanı 1 ovuc soğan qabığı 2 litr suda 5 dəqiqə qaynadılır, soyudulur, əl və ya ayaqlar gündə yarım saat bişirmənin içində saxlanılır. Müalicənin 2 həftə aparılması sağalmaya səbəb olur.

Kiçik ölçülü böyrək daşlarını tökmək və onların yenidən əmələ gəlməsinin qarşısını almaq üçün soğandan istifadə edilir. Koronar damarlarda mikrosirkulyasiyanı yaxşılaşdırdığına görə ürəyin işemik xəstəliklərində faydalıdır. Antimikrob və qurdqovucu xüsusiyyətləri olduğuna görə revmatizm və bağırsaq helmintozları ilə mübarizə məqsədilə yeyilməsi məsləhətdir. Soğanın təzyiqsalıcı və antixolesterin təsirləri onu hipertoniyalı xəstələr üçün faydalı edir.

Dəridəki irinli yaraların müalicəsi zamanı közdə bişmiş soğan yara üzərinə qoyularaq bağlanılır. Dəriyə tikan və ya hər hansı yad cismin batması zamanı soğan közün üstündə bişirilərək ortadan kəsilir, dərinin zədəli nahiyəsi zeytun yağı ilə yağlanaraq üzərinə bişmiş soğan qoyulur. Ağız boşluğunun iltihabı – stomatitləri sağaltmaq üçün soğan çeynənilir və udulmadan ağızda uzun müddət saxlanılır. Onun tərkibində kalium, kalsium, dəmir və mis kimi minerallar bol olduğuna görə osteoporoz – sümük əriməsi xəstəliyinin müalicəsində əvəzolunmazdır.

Çox miqdarda, məsələn, birdəfəyə 2-3 ədəd soğan yemək zərərli hesab edilir. Kəskin mədə-bağırsaq yaralarında soğan çiy halda yeyilməməli və yalnız bişmiş halda istifadə edilməlidir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO