Son illərdə Azərbaycana turist axını vüsət alıb
Bu gün dünyada “Turizm işçiləri” günüdür.
Rakus.az xəbər verir ki, Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən, Ümumdünya turizm günü həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi qeyd edilir.
Belə ki, bu sərəncamdan irəli gələrək ötən illər ərzində turizim ilə bağlı silsilə tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində turizimin bütün sahələrinə sirayət edib. Mərkəzdə və bölgələrdə turizim infrastrukturun inkişaf etdirilməsi dünyanın bir çox ölkələrindən son illərdə Azərbaycana turist axınının vüsət almasına səbəb olub. Ölkəmizin sahib olduğu həm maaddi həm də mənəvi sərvət bu sahənin gələcək illərdə daha da uğurla inkişafının təminatçısıdır. Bu sektorun hüquqi və dayanıqlı inkişafı baxımından ötən illərdə turizimin bütün sahələrini özündə ehtiva edən yeni dövlət strukturlarının təsis edilməsini bariz nümunə kimi göstərə bilərik.
Ölkəmizi layiqincə təmsil edən turizmçilərin peşə bayramını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Bee Travel Azerbaijan turizm şirkətinin rəhbəri Azər Hüseynov