Müsahibə 16.09.2024 23:20

“Soydaşlarımızın problemi beynəlxalq aləmə çatdırılmalıdır” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, iqtisad elmləri doktoru Elşən Qurbanov olub. O, ata-baba yurdu Göyçə mahalı barədə danışıb. Bildirib ki, orta və ali təhsil aldıqdan, xaricdə təhsilini davam etdirdikdən sonra da Basarkeçər rayonunun Nərimanlı kəndi ilə əlaqəsini itirməyib. Hər il may-avqust aylarında yay tətilini babası Fərhad Cəlilovun Nərimanlı kəndindəki evində başa vurub. Onunla bərabər, bütün nəvələr baba ocağına toplaşaraq qayğısız günlər keçiriblər. Qeyd edib ki, Göyçədə yaşadığı günlər ömrünün ən gözəl anlarıdır.

Nərimanlının tarixindən söhbət açan professor söyləyib ki, 1927-ci ilə qədər bu yaşayış məntəqəsinin adı Hüseynquluağalı olub. Onun sözlərinə görə, Nərimanlı qədim tarixi, əhalisinin elm və təhsilə sonsuz marağı, tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə xüsusi diqqət çəkib. E.Qurbanov ötən əsrdə ermənilərin Qərbi Azərbaycanda törətdiyi soyqırımı və deportasiyalara da toxunub. Vurğulayıb ki, XX əsrin əvvəllərində evlərindən zorla qovulan soydaşlarımızı ermənilər Sümüktökülən adlanan dərəyə salaraq öldürüblər. Müsahib deyib ki, 1980-ci illərdə həmin ərazidə insan sümüklərinin tapılması ata-babalarından eşitdiyi bu faktı bir daha təsdiqləyib.

Professor deyib ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı daim ayrı-seçkilik olub. Basarkeçər rayonunun mərkəzində ermənilər azərbaycanlılara çox pis münasibət göstəriblər. Hətta fürsət düşəndə, “Türkləri öldürün” qışqıraraq azərbaycanlılara hücum edib, onları fiziki-mənəvi zorakılığa məruz qoyublar.

1988-ci il hadisələrini xatırlayan E.Qurbanov bildirib ki, o dövrdə azərbaycanlı əhalidən ov silahları yığılsa da ermənilər avtomat və digər odlu silahlarla təmin olunublar. Azərbaycanlı əhalinin silahsız olduğunu bilən əli avtomatlı ermənilər soydaşlarımızın yaşadığı kəndlərə, o cümlədən Nərimanlıya daxil olub, əhalini hədələyib, yerli sakinlərdən evlərini tərk etməyi istəyiblər. Silahlı quldur dəstələrə əliyalın müqavimət göstərməyin qeyri-mümkün olduğunu, eyni zamanda qadın, uşaq və qocaların həyatı üçün böyük təhlükə yarandığını görən nərimanlılar məcburən didərginə çevrilib, Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar. Professor vurğulayıb ki, ermənilər azərbaycanlıları deportasiya etməklə sadəcə tarixi ərazilərimizə sahiblənməyiblər, eyni zamanda milli-mənəvi dəyərlərimizə, mədəni irsimizə böyük zərbə vurublar.
E.Qurbanov Ümummilli Lider Heydər Əliyevin sovetlər birliyi dövründə Qərbi Azərbaycandakı soydaşlarımıza dəstəyindən, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qayıdış Konsepsiyasının hazırlanmasından, Qərbi Azərbaycan İcmasında ziyalılarla keçirilən görüşdən də danışıb. Göyçə üçün burnunun ucunun göynədiyini dilə gətirən professor söyləyib ki, Qərbi Azərbaycandan zorla qovulan soydaşlarımızın problemlərini beynəlxalq aləmə çatdırmaq, tarixi torpaqlarımıza qayıdışı sürətləndirmək üçün hər bir azərbaycanlı əlindən gələni etməlidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 16-da saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO