Elm və təhsil 01.07.2020 09:00

“Sözün xaqanı” tarixi-bədii roman işıq üzü gördü

Yazıçı Sona Abbasəliqızının oxucularına təqdim etdiyi “Sözün xaqanı” romanı işıq üzü görüb.

Rakus.az xəbər verir ki, filologiya elmleri doktoru, professor Nadir Məmmədli kitaba ön söz yazıb.

TARİXİN SÖZ AYNASI

Azərbaycanda roman janrı böyük bir inkişaf yolu keçmiş, müxtəlif dövrlərdə, ictimai-siyasi və sosial-tarixi şəraitlərdə fərqli formalarda təzahür etmişdir. Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Ə.Cəfərzadə, F.Kərimzadə ilə başlanan tarixi roman ənənəsini Y.Oğuz, Əlisa Nicat bu gün də uğurla davam etdirir. Tarixi roman janrı öz inkişafından qalmamış, yazıçılarımız mövcud varisliyə sədaqət göstərərək yeni əsərlər yazırlar. Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır.

Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış Əfzələddin Xaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəl psixologiyası və yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır. Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir, belə ki, Sona xanımın müraciət etdiyi dövr, söz açdığı tarixi şəxsiyyət haqqında geniş mütaliəsi sayəsində yüksək səviyyədə bilgisi vardır. Elə ona görədir ki, romanda Azərbaycan tarixinin qaranlıq səhifələrini və Xaqani dühasını reallıqlar,bədii təxəyyülü ilə canlandıra bilib.

Zamanında V.Q.Belinski yazırdı: “Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə qaynayıb-qarışır”. Müəllif bu əsəri ilə qarşısına milli kimliyimizi sevdirmək, təbliğ etmək və həmçinin tariximizin görkəmli nümayəndələrini olduğu kimi ictimaiyyətə çatdırmaq məqsədi qoyub.
Fərqi yoxdur, istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar.., bütün bunlarla təsvir olunan tarixi dövrün obrazını yarada bilib. Romanı oxuduqca bir daha aydın olur ki, tariximizi tarixçilərdən daha çox yazıçılarımızdan öyrənməliyik.

Sona xanımın tarixi janra müraciət etməsinin səbəbi millətin tarixini xalqına çatdırmaq istəyidir, çünki tarix kitabları nə qədər sxolastik, quru faktlara əsaslansa da, bu faktları canlandıran tarixi-bədii əsərlər həm yaddaşlarda qalır, həm də maarifləndirici rol oynayır. Bu əsərlər elə tarix kimi də qəbul olunur. O, tək-tək təsadüf edilən detalları dövrün tələblərinə uyğunlaşdırır, ayrı-ayrı epizodlarla kifayətlənmir, özünün çoxsaylı təfərrüatları ilə bütövlük aktoru yaradır, sanki bütün bu epizodlar və bəlli təfsilatlar onun üçün xüsusi əhəmiyyət kəsb edir; yeniliyə can ataraq, yeni ifadə formaları və təfəkkür tərzi nümayiş etdi. A.N.Pautnik tarixi romanlar haqda yazırdı: “Tarixi roman keçmişi tarixi ardıcıllıqla təsvir etməkdir. Janrın tələbi tarixi sənədlərə əsaslanmaq, olmuş tarixi hadisələri və şəxsləri müasir tələblər baxımından əks etdirməkdir”. Tarixi roman əsərlərinin yaranmasında yazıçı təxəyyülünün rolu böyükdür.

Xüsusilə qeyd etmək istəyirəm ki, Xaqani haqqında bilmədiklərimizi, Sona xanım romanda tutarlı faktlarla izah edə bilmiş və belə nəticəyə gəlmişdir ki, tariximiz bitməyib davam edir. Dövrün koloritini canlandırsa da, keçmişə öz təxəyyülü ilə yanaşan yazıçı olmuş faktlara sərbəst yanaşmır, hadisələri dəyişmir. Müəllif romanda xronoloji ardıcıllığı gözləyir.

Romanın kompozisiyasının ölçü vahidi insan bioqrafiyasıdır; təsadüfi deyildir ki, Xaqaninin gənclik yaşlarından ta ölümünə qədər insan şair ömrünü tam əhatə edə bilmiş, hətta müəyyən məqamlarda saray münaqişələrinin daxilinə irməyi bacaran bir üslub sərgiləmişdir. Xaqanini çox ciddi planda təsvir etsə də, məzmununu tarixi hadisə və şəxsiyyətdən götürsə də, real və ya macəralarla əhatə edilmiş, bir roman qələmə almış, əsərdə yığcam və sərrast ifadələri ilə zəngin dil koloriti yaratmışdır. Sona xanımın bəlkə də qazandığı ən böyük uğurlardan biri də məhz tarixi roman janrında qələmini sınamasıdır. Bu bədii yaradıcılıq yolu narrativ üslub təkcə tarixi yox, fəlsəfəni, coğrafiyanı da bilməyi tələb edir. O, romanında dünya modellərinə həm forma və məzmun, diskurs və semantika parametrlərinə, sərbəstliyinə görə bədii təfəkkürə, estetik idrak qanunlarına, polifonik səciyyəyə sadiq qalır.

Görkəmli yazıçı, tənqidçi-ədəbiyyatşünas M.Hüseynin tarixi roman janrı haqqında yazdığı önəmli fikirləri Sona xanımın yaradıcılığı ilə də səsləşir: “Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz.”
Bir qədər də sadə desək, tarixçi “nələr olmuşdur?” sualına cavab verirsə, sənətkar “nələr ola bilərdi və necə ola bilərdi?” sualları-na da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyildir”. Bu məlum həqiqəti dərk edən Sona İsmayılova tarixi romanında təsvir etdiyi qəhrəmanlarını həm tarixi şəxsiyyət, həm də insan kimi dolğun təsvir edir, əsas məqsədə çata bilir: tarixi həqiqətlərə sədaqət, lakin eyni zamanda, bu həqiqətləri bədii təxəyyül süzgəcindən keçirmək, daha çox tarixlə müasirlik arasında körpü yaratmaq, keçmişlə bugünü bir-birindən ayırmamaq. “Sözün xaqanı” tarixi romanını bədii-tarixi səciyyəsi, dil zənginliyi və səmimi təhkiyəsi ilə Sona İsmayılovanın yaradıcılıq uğuru kimi dəyərlən- dirmək olar. Yaş məhdudiyyəti nəzərə alınmayaraq, roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub. İnanırıq ki, bu əsər Azər-baycan polifonik romanları sırasında örnək olacaq, öz dəyər və əhəmiyyətini uzun müddət saxlayacaq, hətta gündən-günə artıracaq. Nadir Məmmədli Filologiya elmləri doktoru, professor… “Zəmanə dərzisi hər kəsə ölüm köynəyindən don geydirir. İstər şah olsun, istərsə loğman”.

Sona Abbasəliqızının oxucularına təqdim etdiyi “Sözün xaqanı” romanı klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir, həmçinin qədim dövr ədəbiyyatının yaradıcılarından biri olan dahi Xaqani Şirvaninin keşməkeşli ömür yoluna həsr olunub. Əsərdə təkcə Əfzələddin Xaqani deyil, onun yaşadığı dövrün ictimai hadisələrindən, Şamaxı, Təbriz və başqa şəhərlərdə baş verən hadisələrdən, o cümlədən baş qəhrəmanın müasirlərindən bəhs olunur.

EPİLOQ

Bu da Təbriz şəhəri… Orta əsrlərdə dəfələrlə Azərbaycanın paytaxtı olan bu şəhərdə qədimdən üzü bəri tanınmış klassik şairlərin məskəni olub. Təbriz Atabəylər dövlətinin paytaxtı olandan sonra Əfzələddin Xaqani kimi bura ətraf diyarlardan çox şairlər pənah gətirmişdi; kimisi Gəncədən, kimisi Şirvandan, kimisi Şirazdan, kimisi Naxçıvandan… Təbrizə “vətən” deyə sığınanlar burda sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq, azad yaşamaq istəyirdilər… Elxanilər, Ağqoyunlular, Səfəvilər dövründə də bu şəhərə neçə-neçə tanınmış şair və ziyalılar, aşıqlar, rəssamlar, memarlar pənah gətirirdilər. Zaman-zaman şəhərdə məskən salan, onun qədim məhəllələrində yaşayan ədiblərin, sənət adamlarının çoxu öz vəsiyyətlərinə görə burada Şairlər məqbərəsi adi ilə məşhurlaşan qəbiristanlıqda dəfn olunublar. Səkkizinci əsrdən təzkirələrdə, cünglərdə və tarixi kitablarda adıçəkilən bu məzarlıqda Əsədi Tusi, Qətran Təbrizi, Mucirəddin Beyləqani, Zahi-rəddin Fərabi, Şahpur Nişaburi, Şəmsəddin Səccasi, Zül-füqar Şirvani, Hümmam Təbrizi, Məğribi Təbrizi, Mani Şi-razi, Lisani Şirazi, Şakibi Şirazi və başqa dahi şair və yazıçılar uyuyur…

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS