Siyasi 02.10.2019 21:53

Strasburqda Ermənistan terrorçu dövlət adlandırıldı - FOTO

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında ən böyük maraq doğuran məruzələrdən biri “Terrorizm qurbanlarının müdafiəsi və dəstəklənməsi” mövzusunda hazırlanmış hesabat olub.

Rakus.az xəbər verir ki, gərgin keçən həmin müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov terror faciələrini hər kəsin lənətlədiyini, amma bu dərdin bütün dəhşətini ilk növbədə onu taleyində yaşayanların olduğunu dedi: “Terrorun necə dəhşət olduğunu təbii ki, hər kəs bilir. Bu gün dünyanın və bəşəriyyətin üzbəüz qaldığı ən böyük bəlalardan olan terror və terrorçunu, əlbəttə, hər kəs lənətləyir. Lakin aydın məsələdir ki, terror faciəsini bilavasitə yaşamış insanlar və ondan əziyyət çəkməkdə davam edənlər bu mərəzin kədərini ikiqat artıq anlayırlar”.

Azərbaycanın Ermənistan və ona bağlı terror təşkilatları tərəfindən terrora məruz qaldığından bəhs edən deputat həmin müdhiş şəbəkə haqda Parlament Assambleyası üzvlərini ətraflı məlumatlandırıb: “Terror hədəfinə çevrilmiş bir insanı da, bir neçə nəfəri də mütləq müdafiə etmək, dəstəkləmək, onlara qayğı göstərmək lazımdır. Lakin terrora məruz qalan bütöv bir xalq, bütöv bir ölkədirsə, onu qorumaq və dəstəkləmək üçün səylər daha mütəşəkkil, daha sistemli, daha miqyaslı olmalıdır. Azərbaycan sadəcə ayrı-ayrı fərdlərin, yaxud qruplaşmaların deyil, bütöv dövlətin törətdiyi genişmiqyaslı və onillərlə davam edən müdhiş terrorun hədəfi və qurbanı kimi bu ağrılı mövzunu qəlbinə çox yaxın tutur. Dünyada məşhur olan erməni terror şəbəkəsinin “ASALA”, “Haydut”, “Hnçaq” kimi köhnə qaniçən birləşmələrinin sırasına 1980-90-cı illərdə Fransada, İsveçrədə, Rusiyada və digər ölkələrdə yaradılaraq saysız qanlı cinayətlər törətmiş “9 iyun qrupu”, “İntiharçılar eskadronu”, “Erməni birliyi”, “Erməni azadlıq hərəkatı”, “İsveçrə qrupu”, “Geqaron”, “Apostol” və digərləri əlavə edilib”.

Ermənistanı terrorçu dövlət adlandıran Rafael Hüseynov bunu konkret və danılmaz faktlarla açıb göstərib: “Avropa Şurasının üzvü olan Ermənistanın terrorizmi dövlət siyasətinin tərkib hissəsinə çevirdiyinin sübutları göz önündədir. Qərbi Avropada “ASALA inqilabi hərəkatı” adlı terror qruplaşmasının rəhbəri, bütün başqa qəddar cinayətlərindən savayı 1983-cü ildə Orli hava limanında törətdiyi, müxtəlif ölkələrin vətəndaşı olan 8 nəfərin ölümü, 60 nəfərin yaralanması ilə nəticələnən terror aktına görə Fransa hökuməti tərəfindən məhkum edilmiş Monte Melkonyan rəsmən Ermənistanın Milli Qəhrəmanı elan edilmiş, Yerevanda abidəsi və adına küçə vardır. Yaxud Fransada, Macarıstanda, Azərbaycanda onlarca insanın ölümü ilə nəticələnmiş silsilə terror aktları törətmiş Vazgen Sislyan da Ermənistanın sabiq prezidenti Robert Koçaryan tərəfindən qəhrəman elan edilmişdir. Parisdə törətdiyi, fransız vətəndaşların da həlak olduğu dəhşətli terror aktına görə Fransa məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Varujan Karapetyan Ermənistan dövləti tərəfindən qəhrəman adına layiq görülmüşdür. Nasist Qaregin Njdeyə Yerevanda Ermənistan dövləti tərəfindən abidə qoyulması da bu dövlətin terrorizmlə birgə olması, məhz terrorçuları əsl qəhrəmanlar deyə qəbul etməsi və dəstəkləməsinə əyani sübut deyilmi?”

Xocalıda ermənilərin törətdiyi vəhşilikləri dünyanın ən dəhşətli soyqırımlarından adlandıran Rafael Hüseynovun bu faciənin də əsas müəllifinin Ermənistanın dövlət rəhbəri olduğunu vurğulayıb: “Dəhşətləri etibarı ilə ikinci Holokost adlandırılan Xocalı qırğınını dünyanın bir çox dövlətləri və bir sıra ölkələrin parlamentləri rəsmən soyqırımı aktı kimi tanıyırlar. Ermənistanın iki sabiq prezidentinin bu soyqırımının bilavasitə iştirakçısı olması, xarici mətbuata verdikləri müsahibələrdə bununla fəxr etdiklərini açıqca bəyan etmələri bu dövlətin terrorla nəfəs almasına ən əyani göstərici deyilmi?”.

Bu qəbil məruzələrin həm də bütün üzv ölkələrə bir çağırış olduğunu söyləyən Rafael Hüseynov, eyni zamanda, xəbərdar edib ki, Avropa Şurası ailəsində terrorçu dövlətin olduğunu unutmayın: “Əlbəttə ki, son dərəcə nəcib niyyət güdən bu məruzəni biz təqdir edir və tam dəstəkləyirik. Bu məruzə sadəcə ciddi bir problemlə bağlı hazırlanmış əhatəli hesabat-araşdırma deyil. Bu məruzə, ilk növbədə, insanlıq əleyhinə olan ağır cinayətlərə qarşı mübarizədə birgə fəaliyyət göstərməyə dəvət edən çağırışdır. Hamımız bu həyəcanlı və narahat səsi eşidək, nəticələr çıxaraq, daha artıq həmrəy olaq. Amma bunu da unutmayaq ki, bizimlə eyni ailənin üzvü olanların arasında terrorizmin yanında olan dövlət də var”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO