Maraqlı 13.09.2019 11:11

Su ilə qidalanın və pəhriz saxlayın – MƏSLƏHƏT

Dünyada su ilə qidalanaraq, pəhriz saxlayanların sayı artır. 

Rakus.az xəbər verir ki, müxtəlif ölkələrdə yayılan bu pəhrizə su orucu deyirlər. Su orucu nə deməkdir, onun faydaları və zərərləri nələrdir?

Su orucu 24-72 saat tutula bilər. Bu müddətdə yalnız su içilir, qida qəbul edilmir. Üç gündən artıq tətbiq etmək istəsəniz, mütləq həkim nəzarətində olmalısınız. Ümumiyyətlə, “su orucu” hər kəs üçün uyğun olmaya bilər.

Niyə “su orucu” tuturlar?

– Dini və ya mənəvi səbəblərlə

– Arıqlamaq məqsədilə

– Detoks üçün

– Sağlamlıq baxımından faydalı olduğu üçün

“Su orucu”nun faydaları

Bəzi xəstəliklər üçün risk faktorlarına malik şəxslərin “qısa müddətli aclıqdan” faydalana biləcəyi düşünülür. Risk faktorları arasında ürək xəstəliyi, yüksək təzyiq, yüksək xolesterol, diabet, həddən artıq köklük var. Bu risk faktorları bir-biri ilə əlaqədardır.

Bədən enerji mənbəyi olaraq lazımı karbohidratları qəbul edə bilmədikdə yağlardan istifadə etməyə başlayır. Bu zaman bədəndə yığılan yağlar sürətlə yanmağa başlayır, insan sürətlə arıqlayır.

Ancaq pəhriz mütəxəssisləri su orucu vasitəsilə sürətli arıqlamaq əvəzinə, düzgün qidalanma ilə, yavaş-yavaş və mütəmadi məşqlərlərlə arıqlamağı məsələhət görürlər.

“Su orucu”nun bir çox xroniki xəstəlik riskini azalda biləcəyinə dair araşdırmalar da mövcuddur. Ancaq bu mövzuda dəqiq nəticələrə tam nail olunmayıb.

İbn Sinanın xəstələrinə 3 günlük şəfa orucunu tətbiq etdiyi barədə məlumatlar var. Bununla bərabər, bəzi cəmiyyətlərdə su orucunun fizioloji təmizlənmə ilə yanaşı, psixoloji təmizlənməni təmin etdiyinə də inanılır.

Günümüzdə isə müasir yaşamımıza sızan toksik maddələrə qarşı “su orucu” qorunma vasitəsi kimi düşünülür. GMO-lu qidalar, kanserogen maddələr, qeyri-sağlam ərzaqlara qarşı vücudumuzun su orucu ilə təmizləməsi fikri qulağa xoş gəlsə də, hələ ki, əlimizdə bunu təsdiqləyən araşdırmalar yoxdur.

“Su orucu” kimlərə məsləhət deyil?

“Su orucu” hər kəsə məsləhət görülmür. Xüsusilə yaşlılar, yaşı 18-dən az olanlar su orucu tutmamalıdır. Bundan başqa, hamilə və ya süd verən qadınlara, ürək xəstəliyi, miqreni olanlara bu pəhriz tövsiyə olunmur. Mütəmadi olaraq dərman istifadə edənlər isə mütləq həkimlə məsləhətləşməlidirlər.

“Su orucu”nun zərərləri

Faydaları olsa da, su orucu sağlamlıq üçün bəzi risklər də daşıyır. Su orucu ilə sürətli və çox arıqlamaq mümkündür ki, bu da müəyyən qədər risk ehtimalı yaradır. Araşdırmalar 24-72 saatlıq su orucunda hər gün 0,9 kq atmağın mümkün olduğunu göstərir. Lakin atılan çəkinin bir çoxu su, karbohidrat və əzələlər ola bilər. Dolayısı ilə su orucundan sonra əzələ itkisi yaranması təhlükəsi var. Bununla yanaşı, su orucu nəticəsində insulin müqaviməti və diabet riski, mineral və vitamin itkisi ilə bağlı şikayətlər arta bilər. Su pəhrizi tutan zaman halsızlıq və yorğunluq əsəbiliklə birlikdə özünü göstərir. Bu pəhriz erkən yaşlanmaya, qısa müddət arzində tutulmasına baxmayaraq, bəzi xəstəliklərin oyanmasına səbəb ola bilər. Su pəhrizinin xroniki böyrək çatışmazlığı olan xəstələrin böyrəklərinə daha çox zərər verməsi riski var. Bu pəhriz zamanı bədən hər hansı qida olmadan həzm üçün mədə turşusu istehsal etməyə davam edə bilər ki, bu da mədə qıcqırmasına səbəb olar.

Bütün hallarda su orucu tutmaq istədikdə mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO