“Ermənistanın konfransa qatılmaması onu öz prioritetlərindən məhrum etdi” - FOTO - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Milli Məclisin deputatı Şahin Seyidzadə olub.
O, Bakıda keçirilən BMT-nin COP29 tədbirinin Azərbaycana qazandırdığı dvidentlərdən, konfransla bağlı bəzi dairələrin Azərbaycana qarayaxmalarının, eləcə də Ermənistan nümayəndələrinn Bakıya gəlməməsinin səbəblərindən danışıb: ”Uzunmüddətli perspektivdə COP29 müəyyən hadisələrə təsir edəcək. Qlobal çağırış bütün dünya üçün problemdir. Qlobal problemləri həll etmək üçün dünya ölkələri birləşməlidir. Ermənistanın konfransda iştirak etməməsi onu öz prioritetlərini əldə etmək imkanından məhrum etdi. Ermənistanın konfransda iştirak etməməsinin əsas səbəbi Azərbaycana qarşı ekoloji soyqırımıdır”.
Onun sözlərinə görə, Baş nazir Paşinyanın manevrləri 2025-ci ildə sülh sazişinin imzalanmasını sanki sual altında qoyur: “Ermənistanla danışıqlar aparılmalı və gələcəkdə necə yaşamaq başa düşülməlidir. Ən azı iki ölkə sülh müqaviləsinə ehtiyac duyur. Sülh müqaviləsinin imzalanması Ermənistana daha çox fayda gətirəcək. Sülh sazişi regionlararası oyunçuların maraqları üçün yaxşı əsas olacaq. Sülh müqaviləsi o zaman mümkündür ki, ya hər iki tərəf buna hazır olsun, ya da tərəflərdən biri küncə sıxışdırılaraq razılığa gəlinsin”.
Deputat Ermənistanın sülh sazişini imzalamamasının rəsmi İrəvan üçün hansı təhlükələr yartadacağından, Zəngəzur dəhlizinin açılmasına mane olan səbəblərdən, Rusiyanın Cənubi Qafqazda müharibəyə cəlb edilmə ehtimalından da söz açıb, Ermənistanın Rusiyadan uzaqlaşmasının Avropa institutlarının təzyiqləri ilə bağlı olduğunu söyləyib.
Ş.Seyidzadə sonda Qərbi Azərbaycana qayıdış məsələsindən söz açıb, bunun Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətindən biri olduğunu, bununla bağlı beynəlxalq konfrans və seminarlar səviyyəsində danışıqlar aparıldığını bildirib: “Ermənistanın danışıqlarda ortaya atdığı hər bir arqumentə biz əks arqumentlə cavab verməliyik”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə noyabrın 26-da saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
xxx
«Неучастие Армении на конференции лишило её возможности получить свои приоритеты»
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был депутат Милли Меджлиса Шахин Сеидзаде.
Он рассказал о дивидендах, которые принесло Азербайджану мероприятие ООН COP29, состоявшееся в Баку, причинах, по которым некоторые круги оклеветали Азербайджан в связи с конференцией, а также причинах, по которым представители Армении не приехали в Баку: «В долгосрочной перспективе, COP29 повлияет на некоторые события. Глобальный вызов – это проблема всего мира. Страны мира должны объединиться для решения глобальных проблем. Неучастие Армении в конференции лишило ее возможности реализовать свои приоритеты. Основной причиной неучастия Армении в конференции является экологический геноцид по отношению Азербайджана».
По его словам, маневры премьер-министра Пашиняна ставят под вопрос подписание мирного соглашения в 2025 году: «Необходимо провести переговоры с Арменией и понять, как жить дальше. Мирный договор нужен как минимум двум странам. Подписание мирного договора принесет Армении еще больше пользы. Мирное соглашение станет хорошей основой для интересов межрегиональных игроков. Мирный договор возможен если обе стороны готовы к нему или одна из сторон загнана в угол».
Депутат рассказал об опасностях, которые создаст для Иревана неподписание Арменией мирного соглашения, причинах, препятствующих открытию Зангезурского коридора, возможности вовлечения России в войну на Южном Кавказе. Он также отметил, что дистанцирование Армении от России происходит из-за давления европейских институтов.
В завершение Ш.Сеидзаде коснулся вопроса возвращения в Западный Азербайджан и сказал, что это одно из основных приоритетных направлений внешней политики Азербайджана, и по этому поводу ведутся переговоры на уровне международных конференций и семинаров.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось на русском языке 26 ноября в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.