Elm və təhsil 10.11.2019 09:56

Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

Hər il noyabrın 10-nu Sülh və İnkişaf Naminə Dünya Elm Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır.

Dünya Elm Günü, bütün maraqlı tərəfləri – dövlət adamlarından tutmuş media nümayəndələrinə və məktəb şagirdlərinə qədər elm mövzusunda sülh və inkişaf naminə səfərbər etmək üçün bir fürsət verir. UNESCO hər kəsi bu gün öz tədbirini təşkil edərək Dünya Sülh və İnkişaf naminə Elm Gününün qeyd olunmasına qoşulmağa çağırır.

Sülh və İnkişaf naminə Dünya Elm Günü cəmiyyətlərin dinc və davamlı inkişafı üçün elmin rolu barədə ictimaiyyətin məlumatlandırılmasını, müxtəlif ölkələr arasında elmi nailiyyətlərin paylaşılması üçün milli və beynəlxalq həmrəyliyi təşviq etməyi, elmin cəmiyyətin xeyrinə istifadəsinə dair milli və beynəlxalq öhdəliyi yeniləməyi, elmin qarşılaşdığı problemlərə diqqət çəkməyi və elmi fəaliyyətə dəstəyi artırmağı qarşısına vəzifə qoyub.

Rakus.az xəbər verir ki, 2019-cu ildə Sülh və İnkişaf naminə Dünya Elm Günü “Heç kimi geridə qoymadan açıq elm” şüarı altında qeyd olunur.

Son illərdə əldə olunan nailiyyətlərə baxmayaraq yenə də elm, texnologiya və yeniliklərdə ciddi fərqlərin şahidi oluruq. Bu fərqləri və mövcud boşluqları aradan qaldırmaq üçün “Açıq elm”i inkişaf etdirmək vacibdir.

Elmi məlumatların, araşdırmaların nəticələrinin, fərziyyələrin və fikirlərin açıq mübadiləsi elmi prosesin əsas elementidir. Bu mənada “Açıq elm” elmi tədqiqat və məlumatların hamı üçün əlçatan olması üçün böyüyən qlobal bir hərəkatdır.

Elmi əməkdaşlığın möhkəmləndirilməsi, yeni texnologiyaların inkişafı və tətbiqi baxımından “Açıq elm”in əhəmiyyətli potensialı var. Elmi layihələrin həyata keçirilməsi inkişaf etməkdə olan ölkələrdə, inkişaf etməkdə olan kiçik ada dövlətlərində, xüsusilə Afrika ölkələrində davamlı inkişaf məqsədlərinə çatmaqda “Açıq elm”dəyşiliklik edə bilər.

Dünya Elm Günü münasibətilə UNESCO-nun Baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi “Heç kimi diqqətsiz qoymamaq” öhdəliyinə əsaslanır. Əvvəlki dövrlərdə olduğu kimi bu gün də biliklərə sahib olmaqda eksklüzivlik bərabərsizliyə, sosial münaqişəyə səbəb ola bilər. Planetimizin iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və təbii fəlakətlər kimi getdikcə artan problemlərlə üzləşdiyi bir dövrdə elmi biliklərin inkişafı hər zamankından daha vacib olmağa başlayır. Bu problemləri həll etmək üçün elmə, elmi və texniki inkişafa, o cümlədən innovativ ideyalara qoyulan investisiyaların həcmini artırmaq lazımdır.

Bəşəriyyətin üzləşdiyi qlobal problemlər bütün dünya ölkələrinin və bütün vətəndaşların iştirak etdiyi qlobal cavab tələb edir. Belə bir yanaşma 2030-cu ilədək Gündəliyinin və Davamlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi üçün vacibdir. Birgə iştirak elmin özünəməxsus xüsusiyyətlərindən biridir. Problemlərin həlli və tədqiqat nəticələrinin yayılması prosesində çoxşaxəli bir yanaşmanın tətbiqi yeni biliklərin toplanmasına öz töhfəsini verir. “Açıq elm”in məqsədi elmi informasiyaların, biliklərin və məlumatların hamı üçün əlçatanlığını təmin etməkdir. İnformasiya əldə etmək imkanlarını genişləndirməklə elm adamları, ixtiraçılar, mühəndislər, sahibkarlar və adi vətəndaşlar elm, texnologiya və innovasiya sahəsində araşdırma aparmaq imkanı əldə edəcəklər. Elmə belə bir yanaşma elmi fəaliyyətin nəticələri üçün şəffaflığı və hesabatlılığı artırmaqla yanaşı, hamı üçün bərabər imkanlar yaratmağa kömək edəcəkdir. Bu hədəfləri rəhbər tutan UNESCO, bu ilki Sülh və İnkişaf naminə Dünya Elm Günü üçün ““Heç kimi geridə qoymadan açıq elm” ” şüarını seçib.

UNESCO açıq elmin potensialından istifadə etməyə yönəlmiş bu qlobal dialoqda aparıcı rolu öz üzərinə götürməyə hazırdır. Qlobal nöqteyi-nəzərdən elmi informasiyalara və məlumatlara açıq çıxış elm, texnologiya və innovasiya sahəsindəki boşluqların doldurulmasına, elmi və texnoloji tərəqqinin bütün bəşəriyyətin xeyrinə istifadə edilməsinə və heç kimin diqqətdən kənarda qalmamasına təminat verəcəkdir.

Sülh və İnkişaf naminə Dünya Elm Günü 2001-ci ildə UNESKO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESKO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis edilib.

Bu gün elan edildikdən sonra, Sülh və İnkişaf naminə Dünya Elm Günü UNESKO-nun bir çox konkret layihə və proqramların mənbəyi, eyni zamanda dünyada elmin maliyyələşdirilməsi sahəsində xidmətlər edir. Münaqişə zonalarında elm adamları arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verib. Sülh və İnkişaf naminə Dünya Elm Günü beynəlxalq birliyə elmi və texnoloji nailiyyətlərin sülh və inkişafı, bəşər sivilizasiyasının rifahı üçün istifadə edilməsinin vacibliyini xatırladır.

Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Bu gün elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahəsində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.(AZƏRTAC)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO