Maraqlı 27.02.2024 19:14

“Ermənistanda Azərbaycan adları ilə yaşamaq təhlükəli idi” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi rejissor Elza Avşarova olub.

O, İrəvanda doğulduğunu, orta təhsil aldığı məktəbdə sırf azərbaycanlılara münasibətin xoş olmadığını və daim haqsızlıqla üzləşdiklərini deyib, oğuz türklərinin qədim yurdu olan İrəvan haqqında fikirlərini bölüşüb.

E.Avşarova məktəb illərində “Armenfilm”dən “Lalvardan olan ovçu” filminin çəkilişlərinə dəvət aldığını deyib: “Azərbaycanlı olduğumu öyrəndikdən sonra ermənilər çəkilməyimə icazə vermədilər. Onlar  filmdə çəkilməyim üçün soyadımı dəyişdirməyimi tələb etdilər. Ermənilər azərbaycanlı aktyorlara işləmək imkanı vermirdilər. Ermənistanda Azərbaycan adları ilə yaşamaq təhlükəli idi”.

Onun sözlərinə görə, ermənilər zaman-zaman azərbaycanlıları təqib edib, bizə məxsus toponimləri məhv edib, həm tarixi mənsubiyyətinə, həm də etnik tərkibinə görə azərbaycanlılara və türklərə məxsus ərazilərə sahib çıxmağa çalışıblar: “Şübhəsiz ki, bu ağrı, bu yaralar bizim də ailəmizdən yan keçmədi. Babamın çörək zavodu da daxil olmaqla bütün mülkümüzü ermənilər əlimizdən aldılar. Aprelin 24-də məktəbə getmək qorxulu idi. Ermənilər mənzillərə soxularaq azərbaycanlıları hədələyirdilər. İndi sülh olması üçün İrəvanı daşnaklardan təmizləmək lazımdır. Ermənistanda Qarabağ ermənilərini sevmirdilər. Ermənilər övladlarını Azərbaycana göndərməyə qorxurdular, çünki uşaqlıqdan onlara türklərə nifrət təlqin olunurdu”.

O, başqa ölkələrdən Ermənistana köçürülən ermənilərin aldadıldığını, doğma Vətəni tərk etməyə məcbur olmağın çox ağır olduğunu vurğulayıb və  Qərbi azərbaycanlıların öz yurdlarına qayıdacaqlarına əminliyini söyləyib: “Qayıdış gec-tez reallığa çevriləcək. Soydaşlarımız öz vətənlərinə mütləq qayıdacaqlar. Çünki İrəvan və  tarixi məkan kimi Qərbi Azərbaycan bizim üçün çox əhəmiyyətlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə fevralın 27-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

«Нужно очистить Иреван от дашнаков, чтобы наступил мир» – Хроника Западного Азербайджана

Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта “Хроника Западного Азербайджана”.

Как сообщает Rakus.az, режиссер Эльза Авшарова дала интервью ведущей Элладе Сарван.

Она отметила, что родилась в Иреване, получила там среднее образование, что обращение с азербайджанцами в школе было неприятным и что они постоянно сталкивались с несправедливостью, и поделилась своими мыслями об Иреване, древней родине огузских тюрков.

Э.Авшарова рассказала, что еще в школьные годы она получила приглашение от «Арменфильма» на съемки фильма «Охотник из Лалвара»: «Армяне не давали азербайджанским актерам возможности работать. Жить в Армении с азербайджанскими фамилиями было опасно. Мне пришлось бы сменить фамилию, чтобы сниматься в фильме. Узнав, что я азербайджанка, сниматься не разрешили».

По ее словам, армяне время от времени депортировали азербайджанцев, уничтожали принадлежащие нам топонимы, пытались завладеть территориями, принадлежащими азербайджанцам и туркам в силу их исторической принадлежности и этнического состава: “Безусловно, эта боль и эти раны не прошли мимо нашей семьи… Все имущество моего деда, включая фабрику и пекарню, было передано армянам. Мы боялись идти в школу 24 апреля. Армяне врывались в квартиры и угрожали азербайджанцам. Теперь, чтобы наступил мир, Иреван необходимо очистить от дашнаков. В Армении не любили карабахских армян. «Армяне боялись отправлять своих детей в Азербайджан, потому что их с детства учили ненавидеть турок».

Она подчеркнула, что армяне, переселенные в Армению из других стран, были обмануты и поэтому уезжали из Армении. Также отметила, что очень трудно, когда заставляют покинуть родину, и выразила уверенность, что уроженцы Западного Азербайджана вернутся на Родину: “Возвращение станет реальностью рано или поздно. Наши соотечественники обязательно вернутся на родину. Потому что Иреван и Западный Азербайджан в целом как историческое место очень ценны для нас».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 27 февраля в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO