Sumqayıtda fəaliyyət göstərən marketlərdən birinin işçisi koronavirusa yoluxub.
Rakus.az xəbər verir ki, bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıb.
Bundan başqa, marketdə müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin iki əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. Marketdən “Xəzər Xəbər”ə faktı təsdiq ediblər.
Koronavirus faktı aşkar edildikdən dərhal sonra marketdə nəzarət gücləndirilib. Çünki gün ərzində bura yüzlərlə müştəri daxil olur.
Marketdən o da bildirilib ki, evdə qalan işçilər analiz verəcəklər. Virus aşkarlanmayan əməkdaşlar yenidən işə cəlb olunacaq.