Super Liqada 21 komanda mübarizə aparacaq
Türkiyə Super Liqasında bu mövsüm aşağı liqaya düşmək qaydası aradan qaldırılıb. Son 3 yeri tutan komandalar – “Ankaragücü”, “Yeni Malatyaspor” və “Kayserispor” klubları 2020-2021-ci il mövsümündə də elitada çıxış edəcəklər.
Rakus.az xəbər verir ki, Birinci liqadan gələn daha 3 klub əlavə olunacaq və nəticədə yeni mövsümdə azarkeşlər 21 komandalı çempionat izləyəcəklər. Mövsümün sonunda isə son 4 yeri tutan komanda Super Liqanı tərk edəcək. 2021-2022-ci il mövsümündən isə çempionat 20 komanda ilə keçiriləcək. Bu yolla çempionatda ümumi gəlirin 44,8 faiz artaraq, 7,24 milyard lirəyə yüksəlməsi proqnozlaşdırılır.
Legioner limiti ilə bağlı qəbul olunmuş yeni qaydaların da 1 il təxirə salınması qərara alınıb. Bundan başqa komandanın xərc limitləri ilə bağlı da qərar qəbul edilib. Bu haqda məlumat avqustun 4-də veriləcək və klublarla limitlər haqqında iclas keçirilməsi nəzərdə tutulub.