skip to Main Content
İdman 14.11.2020 19:34

Şuşalı Murad Əliyev dünya kubokunda gümüş medal qazandı

Azərbaycan idmançısı Murad Əliyev Peruda keçirilən dünya kubokunda gümüş medal qazanıb.

Rakus.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, o, bu uğura noyabrın 11-də Peruda start verilən ağır atletika üzrə yeniyetmələr arasında dünya kubokunda nail olub.

Yarışda 61 ölkədən 399 (181 qadın və 218 kişi) idmançı medal mübarizəsi aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Bunlar Elşən Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Sənan Sahibov (73 kq) və Əli Şükürlüdür (102 kq).
Kubok qeyri-ənənəvi qaydada təşkil edilir. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyil. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Belə ki, kubokda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalar uyğun və sıralama ilə yerinə yetirir.

Artıq iki atletimiz körpücük üzərinə çıxıb. 61 kiloqram çəki dərəcəsində yarışan Elşən Məmmədov toplam 200 kq (90+110) nəticə ilə B qrupunda doqquzuncu yeri tutub.

Altmış yeddi kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Murad Əliyev isə daha uğurlu nəticəyə imza atıb. O, birdən qaldırma hərəkətində 120 kiloqram, təkanla qaldırmada isə 139 kiloqramı başı üzərinə qaldıra bilib. Toplam 259 kiloqram nəticə göstərən atletimiz həm birdən qaldırmada, həm də toplamda dünya kubokunun gümüş medalına sahib çıxıb.

Tarixi uğur qazanan Murad Əliyev yarış təəssüratlarını da bölüşüb: “Gümüş medal qazandığıma görə çox şadam. Əlimdən gələnin maksimumunu etdim. Əminəm ki, gələcək yarışlarda çempion olaraq qızıl medala sahib çıxacağam. Yarışa hazırlıq çətin keçmişdi. Pandemiya səbəbindən yarışlar, uzunmüddətli hazırlıq üçün təlim-məşq toplanışları olmadığından yalnız məhdud imkanlarla, evimizin həyətində məşq edə bilirdim. Son iki ayda cəbhədə baş verənlər də psixoloji baxımdan hazırlaşmağa, ağır atletikaya köklənməyə mane olurdu. Ancaq məşqçilərimin zəhməti sayəsində lazımi formanı saxlaya bildim. Bu günlərdə xalqımızın qələbə sevincinə mənim də kiçik töhfəm olacağına görə sevincliyəm. Mən şuşalıyam. 28 il işğal altında olan torpaqlarımızın azad olunması hamımızı sevindirdi. Şuşada Azərbaycan bayrağının dalğalanması məni də duyğulandırmışdı. Bu uğurumu böyük qələbəmizi təmin edən Azərbaycan Ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edir, onlara minnətdarlığımı bildirirəm. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun bu qələbəsi heç vaxt unudulmayacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarılarımıza isə şəfa diləyirəm. Qarabağ Azərbaycandır!”

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi”
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Back To Top
×Close search
Axtar