Xorvatiyalı FİFA referisi İvan Bebek fiziki təzyiqə məruz qalıb.
Rakus.az xəbər verir ki, buna onun Xorvatiya çempionatının 3-cü turu çərçivəsində keçirilmiş “Hayduk” (Split) – “Lokomotiv” (Zaqreb) matçındakı qalmaqallı idarəçiliyi səbəb olub.
Səhərisi gün Bebek gecə klubu qarşısında bir qrup azarkeş tərəfindən öncə söyülüb, sonra isə döyülüb. Ciddi xəsarətlər alan tanınmış referi xəstəxanaya aparılıb, həyati təhlükəsinin olmadığı bildirilir.
Artıq Xorvatiya Futbol Federasiyası da məsələ ilə bağlı bəyanat yayıb. Hadisəni qınayan qurum, cinayətkarların tezliklə tapılaraq cəzalandırılması üçün dövlət orqanlarına çağırış edib.
Xatırladaq ki, İvan Bebek Azərbaycan, xüsusilə də Türkiyə futbol ictimaiyyətinə daha çox 2015/16 mövsümündə Avropa Liqası çərçivəsində keçirilən “Fənərbaxça” – “Braqa” oyunundakı qalmaqallı qərarları ilə tanışdi.
Ne oldu lan ibne ivan bebek. Yediğin haramlar çıkmaz mı sandın. Dövenlerin ellerine sağlık ama tek yanlışları Fenerbahçe taraftarlarınıda çağırmamak olmuş.#Fenerbahce #fenerbahçegümbürgümbür