“Tapşırıqlarımı etdikdən sonra uşaqlarıma pul verirəm” – Emin - VİDEO
“Uşaqlar balacalığından azad ab-havada yaşayıblar. Çox şeyi etmələrinə icazə verilirdi. Buna görə də indi məhdudiyyət qoymaq asan deyil”.
Rakus.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov deyib. “Forbes Diges” videolayihəsinin “Milyarderlər uşaqlarına necə tərbiyə verir?” müzakirəsinin qonağı olan müğənni övladlarından danışıb. Dörd uşaq böyüdən Emin oğullarına çox pul vermədiyini deyib:
“Bütün hadisələri oyuna çevirməyə çalışıram. Oğlum deyir ki, telefonuma pul yüklə, filan oyun üçün lazımdır. Deyirəm ki, problem deyil. Amma sənin həftəlik büdcən var, onu bir gündə xərcləsən, pulsuz qalacaqsan. Bunu edirəmsə, hansısa tapşırığımı yerinə yetirməlisiniz. Tapşırıq isə dərs, idman və ya sağlam qidalanmaqla bağlı olur. Onlara öyrətməyə çalışıram ki, nəsə qazanmaq üçün əmək sərf etməlisən. Əmin deyiləm ki, bu, hər zaman işə yarayacaq. Amma bir vaxtlar özümün yaşadıqlarımı uşaqlarıma öyrətməq istəyirəm.
Uşaqların artıq pullarının olmasının tərəfdarı deyiləm. Başa düşmürlər onu nəyə xərcləməlidirlər. Pulu idarə etmək lazımdır”.
Emin atasının gənc vaxtlarında ona etdiklərindən söz açıb:
“Atam da məni elə böyüdüb. Atam mənə pul verməkdən qorxurdu. Gənc yaşımda ilk qazandığım siqaretə getdi. Ona görə də mənə nəyə gəldi pul vermədilər. Özüm qazanmağa çalışdım və alındı. Atamı məyus edəcək hərəkətlərdən hər zaman qaçmışam. İndi də qaçıram. Onun nifrətini qazanmaq qorxusu var idi. İndi də uşaqlarıma bunları aşılamağa çalışıram. Onlara izah etmək istəyirəm ki, nə səhv və pisdir. Deyirəm ki, qazanmadan, var olduqlarını, kiminsə qohumu, oğlu, nəvəsi olduğunuz üçün nümayiş etdirmək yaxşı deyil”.
Xatırladaq ki, E.Ağalarovun Mikayıl, Əli, Əminə və Afina adlı dörd övladı var.