Müsahibə 03.11.2025 22:56

“Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır” - VİDEO

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) şöbə müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov olub.

O, Qərbi Azərbaycanın yetişdirdiyi şəxsiyyətlərdən biri – filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyevin həyat və fəaliyyətindən söhbət açıb. Bildirib ki, 1927-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşişkənd rayonunun Qovuşuq kəndində anadan olan dilçi-alim doğma kəndində orta təhsil aldıqdan sonra Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, ardınca ADPU-da ali təhsil alıb. Müsahib söyləyib ki, H.Mirzəyev əmək fəaliyyətinə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. Sonralar xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin direktoru vəzifələrində çalışıb. H.Mirzəyev ADPU-da Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək bu ali təhsil ocağında işləyib. Burada o, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.

İ.Bayramov vurğulayıb ki, professor H.Mirzəyevin geniş elmi fəaliyyəti filologiyanın bütün sahələrini əhatə edib. Xüsusən dilçiliyimizdə feil bəhsini H.Mirzəyev qədər dərindən araşdıran ikinci alim olmayıb.
Müsahib professor H.Mirzəyevin doğulub boya-başa çatdığı Dərələyəz mahalından, Qovuşuq kəndindən, bu yaşayış məntəqəsinin tarixindən də danışıb. Bildirib ki, buradakı tarixi abidələr Dərələyəzin köklü sakinlərinin azərbaycanlılar olduğunu sübut edir. O, ermənilərin Qərbi Azərbaycanda, o cümlədə Dərələyəzdə vandalizm aktları törətdiyini dilə gətirib. Qovuşuq kəndinin çoxsaylı şəxsiyyətlər yetişdirdiyini, onların el-obanın taleyində özünəməxsus rol oynadığını diqqətə çatdıran İ.Bayramov professor H.Mirzəyevin də Azərbaycan sevdalısı bir ziyalı olduğunu söyləyib. Deyib ki, H.Mirzəyev özü bir tarixdir. O, ümummilli lider Heydər Əliyevin siyasətini dəstəkləyib və təbliğ edib. Təsadüfi deyil ki, H.Mirzəyev məşhur “91-lər”in əsas simalarından biri kimi tarixin yaddaşında qalıb. H.Mirzəyev Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin də etimadını öz fəaliyyəti ilə hər zaman doğruldub.

Müsahibin sözlərinə görə, H.Mirzəyev taleyinə Vətən həsrəti yazılan ziyalı olub. O, bu həsrəti öz yaradıcılığında daim büruzə verib. H.Mirzəyev Dərələyəzi ümumilikdə Qərbi Azərbaycan kimi simvollaşdırıb, doğma yurdun tarixini araşdırıb, bu mövzuda kitablar yazıb. Həyatı, yaradıcılığı, elmi fəaliyyəti dövründə Azərbaycanın taleyini düşünən Əməkdar elm xadimi, millət vəkili H.Mirzəyevin bu xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə noyabrın 3-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
İdman / 04.11.2025 09:25
Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Müsahibə, Video müsahibə / 03.11.2025 22:56
“Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır” - VİDEO
Mədəni, Siyasi / 01.11.2025 23:11
“1937 repressiyaları və irəvanlı ziyalıların faciəsi” - VİDEO
Siyasi, Sosial / 31.10.2025 23:34
“Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir” - FOTO - VİDEO
Siyasi, Sosial / 31.10.2025 14:22
“İti üstümüzə qısqırdırdılar” – Müzəffər Qəhrəmanovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Mətbuat / 31.10.2025 11:22
İqtisadiyyat.az 7 yaşını qeyd edir
Təhlil / 30.10.2025 23:44
“Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa strat verilə bilər” - VİDEO
Siyasi / 30.10.2025 14:42
Ermənistan bazarına daxil oluruq – ANONS - VİDEO
Elm və təhsil / 29.10.2025 23:51
“Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 29.10.2025 14:45
Qaraçılarla ermənilər niyə oxşardır? – ANONS - VİDEO
İdman / 29.10.2025 09:33
Turnirin YARIMFİNAL oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 28.10.2025 23:14
Bayandur, Bayandur bulağı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 28.10.2025 19:09
“Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır” - FOTO - VİDEO
Sosial / 28.10.2025 14:46
Bayandurdan Vağatura – saxta erməni planı – ANONS - VİDEO
Müsahibə / 28.10.2025 13:22
Qərbi Azərbaycan – Vahid Vətənin tərkib hissəsi – ANONS - VİDEO
İdman / 28.10.2025 08:22
Xatirə Turnirinin YARIMFİNAL mənzərəsi - FOTO
Müsahibə / 27.10.2025 22:32
“Andranik ermənilərə yazdığı məktubda özünü ifşa edib” - VİDEO
Mətbuat / 27.10.2025 12:22
On bir yaşlı “Report”: Yeni nəsil jurnalistlərin ünvanı
İdman / 27.10.2025 08:24
“Veteranlar” və “AzTV” finala vəsiqə qazanıb - FOTO
İdman / 26.10.2025 09:35
Finalçılar bu gün bəlli olur
Hərbi / 25.10.2025 23:24
Silah tarixində Azərbaycan imzası - VİDEO
Siyasi, Sosial / 24.10.2025 23:03
“Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb” - FOTO - VİDEO
Sosial / 24.10.2025 13:22
“Aşağı Necili ilə nəfəs alan Hüseyn-Xəzər Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 24.10.2025 09:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində YARIMFİNAL oyunları başlayır
Siyasi, Təhlil / 23.10.2025 23:26
“Qafandan Naxçıvana qədər… – bu ərazilər Azərbaycana təhvil veriləcək?” - VİDEO
Təhlil / 23.10.2025 14:22
Zəngəzur həqiqəti və Paşinyan-kilsə mübarizəsi – ANONS - VİDEO