Elm və təhsil 08.05.2020 14:07

TƏBİB imtahanlarla bağlı metodiki göstərişlər hazırladı

TƏBİB imtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.

Rakus.az xəbər verir ki, metodiki göstərişlər belədir:

Sənəd müxtəlif qurumların imtahan mərkəzlərində (zallarında) imtahan müddətində

əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus

(COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib

olunub.

Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu

ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu,

gözlərə, buruna və s. toxunduqda ötürülür.

Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə,

ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə

yoluxma riskini azaldır.

ÜMUMİ GÖSTƏRİŞLƏR

Aşağıdakıları təmin edin:

– İmtahanlara onlayn qeydiyyatı;

– İmtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma,

işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi

heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmasını;

– İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və

imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan edilməsini;

– İmtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmasını;

– Otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin

quraşdırılmasını;

– Səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat

heyətin əvvəlcədən hazırlanmasını;

– İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan

şəxslərin təyin olunmasını;

– Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların

təşkil edilməsini;

– İmtahan mərkəzlərinin tibbi maskalarla təchizatını;

– Hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsini;

– İmtahan mərkəzlərindəfərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı

qablarının yerləşdirilməsini;

– İştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisindətoplanmamalarını;

– İmtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsini;

İMTAHANLAR ZAMANI KORONAVİRUS İNFEKSİYASININ (COVID-19) PROFİLAKTİKASINA DAİR  METODİKİ GÖSTƏRİŞLƏR

– Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin

(2m) qorunmasını və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif

daxilolma vaxtlarının müəyyən edilməsini;

– İmtahanda iştirak üçün sənədlərin iştirakçı tərəfindən təqdim olunmasını,

nəzarətçinin sənədlərə əllə toxunmamasını;

– Hər iştirakçının arasında sosial məsafənin (2 m) qorunmasını;

– İmtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsini;

– İştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a

spesifik olan simptomlar – qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.)

bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, 103 TTTY

çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmasını;

– Məlumatlandırma məqsədi ilə yuxarıda qeyd olunan qaydaların imtahana

buraxılış vərəqəsində əks olunmasını.

TƏMİZLİK VƏ DEZİNFEKSİYA İŞLƏRİ

– Həyata keçirilən təmizlik-dezinfeksiya işləri səthlərin xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır.

– Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

– Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;

– Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata

keçirilir;

– Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadəedilir;

– Dezinfeksiya: istifadəsinəicazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;

– Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə

edilir.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

– İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

– Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadəedilməməlidir;

– Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

– Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

– Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək,

maska və s.) mütləq təmin edilməlidir;

– Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

İMTAHANLAR ZAMANI KORONAVİRUS İNFEKSİYASININ (COVID-19) PROFİLAKTİKASINA DAİR METODİKİ GÖSTƏRİŞLƏR

– Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

– Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

– Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər);

– Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

– Rəflər, masalar və s. (spirt tərkibli məhlul və ya digər);

– Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

– Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

– Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

– Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

– Tullantı qabları (spirt tərkibli məhlul və ya digər).

İŞÇİ HEYƏTİN ŞƏXSİ GİGİYENASI

– İşçi heyət imtahan müddətində bir çox insanla təmasda olmaları nəzərə alınaraq,

maska, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə

təmin olunmalıdır;

– İşə başlamazdan, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən,

sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra işçilər əllərini təmiz yumalı və ya

dezinfeksiya etməlidirlər.

Əllərin gigiyenasına dair tövsiyələr:

– Əllərinizi axar su ilə isladın və sabunu əllərinizəsürtün;

– Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaqların və dırnaqların arasını yaxşı sabunlayın;

– Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;

– Əllərinizi axar suyun altında mükəmməl durulayın;

– Əllərinizi təmiz salfetlərlə qurudun;

– Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edin.

İMTAHANLAR ZAMANI KORONAVİRUS İNFEKSİYASININ (COVID-19) PROFİLAKTİKASINA DAİR METODİKİ GÖSTƏRİŞLƏR

Tibbi maskalardan ümumi istifadə qaydaları:

– Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilətaxılmalıdır;

– İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaqolmaz;

– Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsiləçıxarılmalıdır);

– Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilətəmiz

yuyulmalıdır;

– Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

– Birdəfəlik maskalardan təkrar istifadəedilməsi qəti qadağandır;

– Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

İŞÇİ HEYƏTİN MÜAYİNƏSİ

– İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi

(qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı,

tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin

şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;

– İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən

işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək

evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103

TTTY müraciət etməlidir;

– Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

– Həmin işçidəlaborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda

olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar

evdə izolyasiya olunmalıdır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO