TƏBİB sədri həyəcan təbili çaldı
“Heç bir xəstəxanada tibb işçilərinin kütləvi yoluxması qeydə alınmayıb”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxma poliklinikalarda və ya ambulator sahələrdə qeydə alınır:
“Çünki qoruyucu vasitələrdən yaxşı istifadə edilmir. Bundan əlavə, xəstəxanaların içərisinə infeksiyanın gətirilməsi məsələsi var. Məsələn, dünən tibb müəssisələrindən birinin təsərrüfat işçisi yoluxub. Doğrudur, həmin xəstəxana içərisində yoluxma yoxdur”.
“Tibb bacısı virusu ailədən gətirib. Yəni onun epidemioloji analizi də bunu təsdiq edib. Bu, çox təhlükəli vəziyyətdir”, – sədr qeyd edib.